Gündəm

Çində tikintidə uçqun baş verib, ölənlər var

28 Mart 2017 11:32

Çinin Xubey əyalətində tikinti işləri aparılan zaman uçqun baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb. Hadisə baş verən anda tikinti meydanında 15 nəfər olub. Dağıntılar altında qalan 2 fəhlə ölüb, 6-sı xəstəxanaya yerləşdirilib. Hazırda ərazidə xilasedici əməliyyat davam etdirilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Eyfel qülləsi güllə keçirməyən şüşə ilə qorunacaq

28 Mart 2017 11:29

Fransa hökuməti ölkədə terror aktlarının qarşısını almaq üçün tədbirlər görür. Son zamanlar ölkədə baş verən terror aktları ilə bağlı məsələlərin həlli üçün xüsusi şura yaradılıb. 

Telekanalın yalanı üzə çıxdı - Hər kəsi aldadırmışlar

28 Mart 2017 11:27

Yayımına xitam verilən "Cənnət" adlı veriliş üçün Şotlandiya dağlarında düz 12 ay keçiriblər. NTV-nin xəbərinə görə, İngiltərə istehsalı olan - Kanal Four-nun "Cənnət" adlı proqramı üçün Şotlandiya dağlarında 1 il keçirən 23 qadın və kişi iştirakçı evlərinə döndüklərində yarışın yalnız 4 bölümünün yayımlandığını öyrəndikdə şok olublar. Yaşamaq mübarizəsi aparan iştirakçılar arasında həkim, aşbaz, dülgər, balıqçı kimi fərqli peşə nümayəndələri olub.

Gülənin həbsdə olan qohumunun istəyi eşidənləri təəccübləndirdi

28 Mart 2017 11:22

Türkiyənin Kocaeli şəhərində FETÖ/PDY istintaqı çərçivəsində Fətullah Gülənin həbs edilən əmisi oğlu soyadını dəyişdirmək istəyir. 

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatır

28 Mart 2017 11:19

2018-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 12 mindən çox bakalavr sənəd verib. Bu gün saat 09.23-ə olan statistikaya əsasən magistratura səviyyəsində təhsil almaq üçün qeydiyyatdan keçən 12 654 bakalavrdan Azərbaycan bölməsi üzrə 11 429-nun, rus bölməsi üzrə isə 1 225-nin sənədi təsdiq edilib.

Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi

28 Mart 2017 11:17

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun şəriki dövlətlərarası axtarışa verilib. Bu barədə İnterpolun saytına məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir. A.Kərimov Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib

28 Mart 2017 10:35

Novruz bayramı münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) xalq çalğı alətləri ansamblının Rumıniyada ikinci konserti Buxarestdə yerləşən Milli Opera binasında keçirilib. Konsert TÜRKSOY və Yunus Əmrə Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

2566 rüşvətxor tutulub geri qaytarıldı

27 Mart 2017 20:06

Çinin hakimiyyət dairələri "Səma şəbəkəsi" əməliyyatı çərçivəsində 2014-2016-cı illərdə xarici ölkələrə qaçmış 2566 rüşvətxor məmuru tutub ölkəyə qaytarıblar.