Azərbaycan 53-cü beynəlxalq kitabxana həftəsində

Martın 27 - dən aprelin 2-dək Ankarada Türkiyə Milli Kitabxanasında "Yeni informasiya texnologiyaları və kitabxanalar" adlı 53-cü beynəlxalq kitabxana həftəsi keçirilib. Milli Kitabxanadan "Olaylar" - a bildirilib ki, kitabxana həftəsində Azərbaycan Milli Kitabxanasını Oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova təmsil edib.

Tədbirdə Bosniya və Herseqovina, Albaniya, Kosova, Fələstin, Özbəkistan, Türkmənistan, Qazaxıstan və b. ölkələrin milli kitabxanalarından nümayəndələri  iştirak edib.

Tədbir İstiqlal marşı ilə açıldıqdan sonra Ankara şəhərinin vali yardımçısı tədbiri açıq elan edərək  kitabxana həftəsinin məqsədlərindən danışıb. Mədəniyyət və Turizm Naziri Nabi Avcı tədbir iştirakçılarını salamlayaraq 53-cü beynəlxalq kitabxana həftəsinin işinə uğurlar arzulamış, Türkiyədə kitabxana işinin vəziyyətindən, kitab çapından məlumat verdi. Çıxışının sonunda nazir fərqli oxucuları, habelə ilin ən çox kitab oxuyanlarını mükafatlandırdı.

Paneldə Azərbaycan Milli Kitabxansının direktor müavini Ədibə İsmayılova "Yeni informasiya texnologiyalarının milli kitabxanalara tətbiqi" mövzusunda çıxış edərək, son illərdə milli kitabxanada tətbiq olunan yenilikləri nümayiş etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31