2566 rüşvətxor tutulub geri qaytarıldı

Çinin hakimiyyət dairələri "Səma şəbəkəsi" əməliyyatı çərçivəsində 2014-2016-cı illərdə xarici ölkələrə qaçmış 2566 rüşvətxor məmuru tutub ölkəyə qaytarıblar.

Çinin hakimiyyət dairələri "Səma şəbəkəsi" əməliyyatı çərçivəsində 2014-2016-cı illərdə xarici ölkələrə qaçmış 2566 rüşvətxor məmuru tutub ölkəyə qaytarıblar. Korrupsionerlər 92 ölkədə gizlənməyə çalışıblar. Korrupsioner məmurlarla yanaşı, onların dövlət büdcəsindən mənimsədikləri 8,6 milyard yuan (təqribən 125 milyon dollar) vəsait də aşkarlanaraq ölkəyə qaytarılıb. 1293 nəfər günahlarını etiraf edərək Çinə könüllü qayıdıb. Rüşvətxorluqda suçlananan məmurlar arasında 410 nəfər Çin Kommunist Partiyasının sabiq üzvüdür. Tutulan 39 məmur Çinin xüsusilə fəal aradığı 100 cinayətkar arasında idi. "Səma şəbəkəsi" əməliyyatı cinayət işləmiş məmurların ölkədən qaçmasına mane olur. Belə ki, 2014-cü ildən Çindən 101 belə məmur qaçmaq istəmişdisə, ötən il belələrinin sayı cəmi 19 nəfər olub. Bu barədə Milli.az China Daily-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31