Gündəm
Görünən rənglərin sayını artıran optik qurğu yaradılıb
“Microsoft” ilk qatlanan noutbuk üçün patent alıb
“Ağıllı” lampalar “Əşyalar interneti”ndə ən geniş yayılmış qurğular olacaq
Gənc Tamaşaçılar Teatrı aprel ayında
Emre Altuğla Çağla Şikel arasında buzlar əridi?
Çağla Şıkelin keçmiş həyat yoldaşı və uşaqlarının atası Emre Altuğ ilə barışdığı iddia edilib. Məşhur model və aparıcı Çağla Şikel məsələyə dair suallara cavab verib. “Fashion Week” çərçivəsində bir çox dəfilədə podiuma çıxan Şikel "Moda həftəsində hər şey çox gözəl idi, çox gözəl işlər görülüb. Mənim nöqteyi-nəzərimdən müsbət qarşılandı” , - deyə cavab verib.
"Bakıya ən yaxşı formada yollanmalıyıq"
"Oyundan-oyuna bizdə hər şey əla alınır. Norveçlə matçı yüksək səviyyədə keçirdik və layiqli qələbə qazandıq". Bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.
"Məni boşayıb ikinci dəfə evlənə bilər" - Demet
Müğənni Demet Akalın Tekirdağda konsert verib. Səhnəyə çıxmadan jurnalistlərin suallarını cavablandıran ifaçı yorulduğunu deyib: "Özümü 100 yaşımda hiss edirəm. Yol gəlmişəm, avtomobil tutub məni. Kefim yoxdur".
Kadir İnanır altı il sonra yeni serialda
"Yeşilçam" dövrünün məşhur siması Kadir İnanır altı il sonra ekranlara dönür. Son olaraq 2011-ci ildə "İzmir çetesi" adlı serialında çəkilən aktyor yeni ekran işində rol alacaq.
Marsda sunaminin yaratdığı nəhəng krater tapıldı
"Qırmızı planet"də sunami nəticəsində yaranan krater aşkar edilib. ABŞ-ın Texas ştatında təşkil edilən "48-ci Ay və Planet Elm Konfransı"nda kəşflərini təqdim edən kosmos alimləri kraterin, təxminən 3 milyard il əvvəl Marsın şimalında mövcud olan okeana düşən bir asteroidin yüksəkliyi 150 metrə çatan nəhəng dalğaları hərəkətə keçirməsi nəticəsində ortaya çıxdığını qeyd ediblər.
Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, beş nəfər xəsarət alıb - YENİLƏNİB
Bu gün günorta saatlarında Quba-Qusar yolunda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib. Ölən şəxslər 1983-cü il təvəllüdlü Şahmirzəyev Ruslan Mirzəbala oğlu və Novruz Vahidlidir.
Rusiya İNKAR ETDİ - Elə bir şey olmayıb
Suriyada Rusiyaya məxsus hərbi vertalyotunun vurulduğu haqda məlumat yayılıb. Lakin Rusiyanın Suriyadakı atəşkəs izləmə mərkəzi, terrorçuların Lazkiyedə Rusiyaya məxsus bir helikopterin vurulmasıyla bağlı xəbərləri təkzib edib.
Maşallah Əhmədovun müdafiəsinə qoşulan yeni vəkil KİMDİR?
Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun müdafiəsinə daha bir vəkil qoşulub. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əli Hüseynov artıq M.Əhmədovun müdafiəsi ilə bağlı müqavilə imzalayıb. Bundan sonra M.Əhmədovun hüquqlarını vəkil Samir Abdullayevlə Əli Hüseynov müdafiə edəcək.
Cocuq Mərcanlıda 1400 qəlpə tapılıb
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1 402 ədəd qəlpə aşkar edilib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.














