“Microsoft” ilk qatlanan noutbuk üçün patent alıb
27 Mart 2017 19:38 DünyaABŞ-ın "Microsoft" korporasiyası dünyada ilk qatlanan noutbukun satışı üçün xüsusi patent hüququ əldə edib.
Korporasiya nümayəndələri bildiriblər ki, "Microsoft" çoxdandır unikal xüsusiyyətlərə malik qurğu və müasir kompüterlərin hazırlanmasını planlaşdırır. Belə xüsusiyyət qurğu həvəskarlarına məhsuldan daha rahat istifadəyə imkan verəcək.
Həmçinin qeyd olunur ki, əldə olunan patent yeni qurğuları yalnız ABŞ markası ilə satmağa şərait yaratsa da, yaxın gələcəkdə ultramüasir texnika ABŞ bazarı ilə yanaşı, Avropa bazarlarında satılacaq.
İlk qatlanan noutbukun qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir. "ICTnews" Elektron Xəbər Xidməti "Politekspert" resursuna istinadən yazır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31