Gündəm
Amerikalı həmsədr: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 3 hissədən ibarət plan var"
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planlar var". Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, - deyə həmsədr söyləyib.
Nazirlik: Yay vaxtına keçidin ləğvi ilə bağlı problem tam aradan qaldırılıb
"Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən isə bu il 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərarın icrası Rabitə və Yüksək Texnologiyalar Nazirliyitərəfindən operativ qaydada yerinə yetirilib. Nazirlik ilk olaraq Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büroya müraciət edib və həmin təşkilat bizim müraciəti qısa müddətdə nəzərə alaraq sistemdə müvafiq dəyişiklikləri edib. Bununla yanaşı, Azərbaycanda yay vaxtına keçidin ləğv olunması bütün mobil telefon və kompüter istehsalçılarının da diqqətinə çatdırılıb". Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov bildirib.
Xarici Kəşfiyyat Xidmətinin rəis müavininə general-mayor rütbəsi verildi
Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Yaqub Mahmudov: “Tolerantlıq baxımından Azərbaycan modelini öyrənmək lazımdır”
“Dünyanın bir çox ölkələrində İslamı zəiflətməklə bağlı cəhdlər edilir. Lakin Azərbaycanda məzhəb ayrılığı yoxdur. Ölkəmizdə İslam Universiteti fəaliyyət göstərir, eləcə də Qafqazın ən böyük məscidi "Heydər Məscidi"ndə vəhdət namazı qılınır. Bu, dünya üçün örnəkdir” .
Eldar İbrahimov: “Həyata keçirilən iri layihələr sosial-iqtisadi inkişafa xidmət edir”
“Dünyanın iqtisadi və siyasi həyatında baş verən mənfi proseslər fonunda ölkəmizin bir çox iqtisadi sahələrində artımın əldə olunması şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasəti sayəsində mümkün olub. Məhz bunun nəticəsidir ki, qlobal səviyyədə hələ də davam edən çox ağır maliyyə və iqtisadi, habelə siyasi böhranların təsirindən ölkəmiz çox cüzi itkilər verməklə alnı açıq çıxıb”.
Ziyad Səmədzadə: “Görülən işlər Azərbaycanın iqtisadi həyatını canlandırır”
“Azərbaycanda iqtisadi islahatlar dərinləşir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. Z.Səmədzadə bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar irimiqyaslı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, son illərin statistikası göstərir ki, ölkədə istehsal olunan ümumi məhsulun quruluşunda qeyri-neft sektorunun payı artmağa meyl edir: “Bu fakt göstərir ki, artıq iqtisadiyyatımız neftdən asılı deyil.
Pulsuz sınaq imtahanlarının keçirilmə müddəti uzadıldı
Azərbaycanda abituriyentlər üçün ödənişsiz elektron sınaq imtahanlarının keçirilmə müddəti martın 31-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, hazırda DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.
Azərbaycan ATƏT üzvlərinə və ATƏT Daimi Şurasının sədrinə məktub göndərib
Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədar ATƏT üzv dövlətlərinə, ATƏT-in Daimi Şurasının sədrinə, ATƏT-in katibliyinə və müvafiq təsisatlarına məktub ünvanlayıb.
Saat 22:00-dan sonra sürücülərə qadağa qoyuldu
Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Azərbaycan Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir. Şirkətdən verilən məlumata görə, bu gündən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.
Yasamalda çoxmərtəbəli bina yanıb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 115 kvadratmetr olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və 2 otağının qapısı yanıb. Yüksək temperaturdan 16 kvadratmetr sahədə dəhlizin divarları qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Baş nazir: "Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək olmaz"
"Bir qrup müxalifin səhvlərini "Qalatasaray"a aid etmək haqsızlıq olar". Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım "Qalatasaray" futbol klubunda cərəyan edən son hadisələri şərh edərkən deyib.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələr verilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı əməkdaşlarına general-mayor ali hərbi rütbəsi verilsin:
Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşına orden və medallar verilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Məhkəmə Akif Çovdarovun vəsatətini təmin etməyib - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Abituriyentlərin NƏZƏRİNƏ: Müddət uzadıldı
Azərbaycanda abituriyentlər üçün ödənişsiz elektron sınaq imtahanlarının keçirilmə müddəti martın 31-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, hazırda DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir. Saat 14:00-a olan məlumata əsasən bu imtahanlarda iştirak etmək üçün respublikanın bütün şəhər və rayonları üzrə 33922 nəfər qeydiyyatdan keçmiş, 19000-dən artıq istifadəçi isə ödənişsiz elektron sınaq imtahanında iştirak etmişdir.














