Gündəm
Qazaxıstan Azərbaycanın müxtəlif çeşiddə istehsal olunan hərbi təyinatlı məhsulları ilə maraqlanır
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin müdafiə və aerokosmik sənayesi naziri Beybut Atamkulov ilə görüşüb. Görüş zamanı müstəqillik dövrü ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq üçün möhkəm əsasın qoyulduğu vurğulanıb.
ADU-da Çin dili üzrə ixtisas imtahanları keçirilib
Çin dili üzrə rəsmi sınaq mərkəzi sayılan Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ilk dəfə Çin dili üzrə Hanyu Shuiping Kaoshi (HSK) və Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanları keçirilib. Bir neçə səviyyədən ibarət olan test imtahanları Çin dili bilgisi olmayan şəxslərin bu dil üzrə standart ixtisas imtahanıdır.
Mario Qomez: "Azərbaycanlı futbolçular meydanın hər qarışında mübarizə aparırdılar"
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına 4:1 hesabı ilə qalib gələn Almaniya millisinin hücumçusu Mario Qomez oyundan sonra açıqlama verib.
"Ermənistan üç gündə 3 hərbi qulluqçusunu itirib"
"Cəbhə xəttində sistematik olaraq, atəşkəs rejiminin pozulması nəticəsində düşmən tərəfinin verdiyi itkilərin sayı artsa da, ermənilər bu xəbərləri cidd-cəhdlə gizlətməkdə davam edirlər".
O seçilsə, avro dollara bərabər olacaq
Fransada keçiriləcək prezident seçkilərində ultrasağçı Marin Le Pen qalib gələrsə avro ucuzlaşacaq və kurs baxımından ABŞ dollarına bərabər olacaq.
Azərbaycan "Eurovision"da 1-ci yerdə - Proqnozlar
"Eurovision" mahnı müsabiqəsi bir neçə həftə sonra start götürəcək. Kiyev səhnəsində Azərbaycanı Diana Hacıyeva "Skeletons" mahnısı ilə təmsil edəcək.
Piyadanı vurub öldürən sürücü polisə könüllü təslim olub
Martın 26-da saat 5 radələrində Masallı şəhərində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Vüsalə Cavadova vurulub və nəticədə piyada hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, hadisəni törədən "QAZ-32213" markalı avtomobilin sürücüsü - Ərkivan qəsəbə sakini Əzizəli Həşimov könüllü RPŞ-yə gələrək təslim olub. Araşdırma aparılır.
Avtomobili elektrik dirəyinə vuran sürücü ölüb
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, martın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İsrail Fərəcullayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişini Rövşən Yusifli hadisə yerində ölüb.
Soyğunçuluqla məşğul olan keçmiş məhkum saxlanıb
Martın 26-da Abşeron rayon sakini Müşfiq Abbasovun mobil telefonunu soyğunçuluq yolu ilə alınıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Əfqan Əliyev tutulub. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Ombudsman Pakistan səfirini qəbul edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri cənab Səid Xan Mohmandı qəbul edib.
Dini Komitə Nəsimi rayonunda tədbir keçirib
Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Nəsimi rayonunda yerləşən 19 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Vasif Musayev, məktəbin direktoru Akif Əliyev, eləcə də müəllimlər və şagirdlər iştirak ediblər.
Türkiyənin turizm şirkəti Bakıda təqdimat keçirəcək
Azərbaycanda milli və daxili turizmin inkişafına dəstək olaraq Türkiyənin mühüm tanınmış turizm şirkətlərindən biri olan Kartaca Turizm şirkətinin Azərbaycanda təşkil etdiyi təqdimat mərasimi keçiriləcək.
Ümumdünya vərəmlə mübarizə günü qeyd olunub
Ümumdünya vərəm ilə mübarizə günü qeyd olunur. Bu vərəmlə mübarizə sahəsində mövcud vəziyyət və inkişaf perspektivlərini müzakirə etmək imkanı verir. Nazirlikdən “Olaylar2 – a bildirilib ki, martın 27 – də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Ftiziatrlar və Pulmonoloqların İctimai Birliyi ilə əməkdaşlıqda Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş Dəyirmi Masa müzakirələri keçirildi.
Abid Şərifov Şabrandakı torpaq sürüşməsi ilə bağlı tapşırıq verdi
"Şabran rayonunda torpaq sürüşməsi aktiv fazadadır, hələ sürüşmə başa çatmayıb". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Seyran Ohanyan öz həbsini istisna etmir
"Biz Ermənistandayıq, burada heç nəyi istisna etmək olmaz". Bunu martın 27-də jurnalistlərə Ermənistanın keçmiş müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan" blokunun lideri Seyran Ohanyan KİV-də onun mümkün həbsi barədə yayılan informasiyaları şərh edərkən deyib.














