Ümumdünya vərəmlə mübarizə günü qeyd olunub
Ümumdünya vərəm ilə mübarizə günü qeyd olunur. Bu vərəmlə mübarizə sahəsində mövcud vəziyyət və inkişaf perspektivlərini müzakirə etmək imkanı verir. Nazirlikdən “Olaylar2 – a bildirilib ki, martın 27 – də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Ftiziatrlar və Pulmonoloqların İctimai Birliyi ilə əməkdaşlıqda Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş Dəyirmi Masa müzakirələri keçirildi.
27 Mart 2017 16:57 SosialÜmumdünya vərəm ilə mübarizə günü qeyd olunur. Bu vərəmlə mübarizə sahəsində mövcud vəziyyət və inkişaf perspektivlərini müzakirə etmək imkanı verir. Nazirlikdən "Olaylar2 - a bildirilib ki, martın 27 - də Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu Ftiziatrlar və Pulmonoloqların İctimai Birliyi ilə əməkdaşlıqda Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş Dəyirmi Masa müzakirələri keçirildi.
Müzakirədə bildirilidi ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı 2030-cu ilə qədər Davamlı İnkişaf üzrə Məqsədlər təyin edilib. Bu məqsədlərdən biri- Vərəmin Global epidemiyasının ləğv edilməsidi. ÜST-nın 2016-2035 illər üzrə Vərəmin ləğv edilməsi Strategiyası qəbul olunub. Bu strategiya 2014-cü ildə Ümumdünya Səhiyyə Assambleyası tərəfindən dəstəklənib. 2015 illə müqayisədə 2030 ilə qədər vərəmdən ölüm hallarının sayı 90%, vərəmdən xəstələnmə göstəricisi isə 80% azaldılmalıdı.
Vərəmlə mübarizə sahəsində Azərbaycan Respublikasında mövcud qanunvericilik və bu sahədə müasir yanaşmalar, vərəm infeksiyası ilə əlaqədar respublikada mövcud vəziyyət, vərəmlə mübarizə sahəsində görülmüş işlər və vərəmin profilaktikası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə toxunulmuş, bu sahədə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının müştərək fəaliyyət istiqamətləri nəzərdən keçirildi.
Qeyd edək ki, Dəyirmi Masada Millət vəkilləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, AR Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəhbərliyi, Azərbaycanda Səhiyyə Sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının nümayəndələri, Respublika İİV/QİÇS-lə Mübarizə Mərkəzinin rəhbərliyi, İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun layihə əlaqələndirmə bürosunun rəhbərliyi, vərəmlə mübarizə sahəsində çalışan bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və mətbuat nümayəndələri iştirak ediblər.