Abid Şərifov Şabrandakı torpaq sürüşməsi ilə bağlı tapşırıq verdi
"Şabran rayonunda torpaq sürüşməsi aktiv fazadadır, hələ sürüşmə başa çatmayıb". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
27 Mart 2017 16:55 Sosial"Şabran rayonunda torpaq sürüşməsi aktiv fazadadır, hələ sürüşmə başa çatmayıb". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O xatırladıb ki, fevral ayında rayonun Qazıbabalı kəndində torpaq sürüşməsi hadisəsi qeydə alınıb: "Qeyd olunan ərazidə ilk dəfədir sürüşmə prosesi baş verir. Sürüşmə nəticəsində 6-ya yaxın evdə təhlükəli vəziyyət yaranmışdı. Həmin proses bu gün də davam edir. Təbiət hadisəsi 15 hektardan artıq ərazini əhatə edib. Sürüşmənin uzunluğu 300-400 metrə, qırılma qaşının hündürlüyü isə təxminən 70-80 sm-ə çatır".
Ə.Qaralov baş nazirin müavini Abid Şərifovdan sürüşməyə nəzarət üçün komissiyanın yaradılması ilə bağlı göstəriş aldıqlarını vurğulayıb: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları komissiya şəklində yeni yaranan sürüşmə sahəsinə yenidən baxış keçirəcək və tədqiqatlar aparılacaq". Report.az