Türkiyənin turizm şirkəti Bakıda təqdimat keçirəcək
Azərbaycanda milli və daxili turizmin inkişafına dəstək olaraq Türkiyənin mühüm tanınmış turizm şirkətlərindən biri olan Kartaca Turizm şirkətinin Azərbaycanda təşkil etdiyi təqdimat mərasimi keçiriləcək.
27 Mart 2017 16:59 SosialAzərbaycanda milli və daxili turizmin inkişafına dəstək olaraq Türkiyənin mühüm tanınmış turizm şirkətlərindən biri olan Kartaca Turizm şirkətinin Azərbaycanda təşkil etdiyi təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Kartaca Turizmin Azərbaycan nümayəndəliyindən daxil olub. Bildirilib ki, martın 29-da, axşam saat 7-də JW MARRIOT Absheron oteldə baş tutacaq təqdimat mərasimində Kartaca Turizm, Polarwest Turizm, Azərbaycan və Türkiyə turizm şirkətlərinin nümayəndələri, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağirov və KİV nümayəndələri iştirak edəcək.