Mario Qomez: "Azərbaycanlı futbolçular meydanın hər qarışında mübarizə aparırdılar"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına 4:1 hesabı ilə qalib gələn Almaniya millisinin hücumçusu Mario Qomez oyundan sonra açıqlama verib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına 4:1 hesabı ilə qalib gələn Almaniya millisinin hücumçusu Mario Qomez oyundan sonra açıqlama verib. Ölkəsinin mətbuatına danışan təcrübəli futbolçu vurduğu qola sevindiyini bildirib: "Mən "Wolfsburg"da özümü yeni-yeni yaxşı hiss edirəm. Bir az da uğur qazanmaq üçün cəhd etmək lazımdır. Bakıda vurduğum qol mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu qola həddən çox sevindim. Məqsədim daha da inkişaf etməkdir".

Qomes böyük hesabla məğlub etdikləri Azərbaycan millisi heç də zəif rəqib saymır: "Onlar meydanın hər qarışında mübarizə aparırdılar. 3 xal qazandığımız üçün şadam". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31