O seçilsə, avro dollara bərabər olacaq

Fransada keçiriləcək prezident seçkilərində ultrasağçı Marin Le Pen qalib gələrsə avro ucuzlaşacaq və kurs baxımından ABŞ dollarına bərabər olacaq.

Fransada keçiriləcək prezident seçkilərində ultrasağçı Marin Le Pen qalib gələrsə avro ucuzlaşacaq və kurs baxımından ABŞ dollarına bərabər olacaq.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, ekspertlərin fikrincə, Le Penin qələbəsi nəticəsində 1 avro 1 dollara bərabər olacaq və ya daha çox ucuzlaşacaq. 12 ekspert isə hesab edir ki, Le Penin qələbəsindən sonra avronun dollara kursu 1:1,05 səviyyəsində olacaq.

"Bazarın bu hadisəyə reaksiyası həddən ziyadə mənfi olacaq, çünki avrodan imtina riskləri çox aşağı sayılırdı", - "Banque Pictet & Cie"nin analitiki Frederik Dükroze söyləyib.

Hazırda avronun dollara kursu 1:1,086 səviyyəsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31