Gündəm
Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək
Bu gün Türkiyə ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələr Türkiyə xarici işlər nazirinin müşaviri Ümit Yalçın və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən aparılacaq.
Rusiyada mitinqlər zamanı Medvedev "xizək sürüb"
Rusiyanın baş naziri Dmitri Medvedev bazar günü korrupsiya ilə mübarizə şüarı altında mitinqlər keçirilən zaman "xizək sürüb". Mitinqlərin keçirilməsinə səbəb Medvedevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən araşdırmalar olub.
Suriya: ABŞ-ın dəstəklədiyi kürdlər Raqqa yaxınlığında aviabazanı tutdu
ABŞ-ın dəstəklədiyi Suriya Demokrat Qüvvələri (SDQ) Raqqanın 45 kilometrliyində yerləşən Tabqa Hava bazasının İD-dən "tamamilə geri alındığını" bəyan edib.
Terrorçu Məsud London hücumundan əvvəl WhatsApp-da nə yazmışdı…
Böyük Britaniyanın daxili işlər naziri Amber Rudd WhatsApp və digər şifrəli mobil mesajlaşma proqramlarına kəşfiyyat xidmətlərinin girişinin olmasının lazım olduğunu söyləyərək "Terrorçuların gizlənəcək yerləri olmamalılıdır" deyib.
MSK-nın sədr müavininin qardaşının həbsi tələb olunur
«MTN işi»ndəki zərərçəkənlər Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Onlar bununla əlaqədar Prezidentə və birinci vitse-prezidentə məktub yazıblar. Bu haqda “Azadlıq” radiosu bildirir.
“8-ci kilometr” bazarında murdar ət satışı ilə bağlı ŞOK VİDEO
Azərbaycanda murdar, qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran, “Leşyığanlar mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkünsüz görünür. Bu gün ölkə bazarlarında, supermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir.
Rusiya etirazları: saxlanılmış Navalnı baş nazirin sorğulanmasını tələb edib
Rusiya müxalifət lideri Aleksey Navalnı bazar günü keçirilən etiraz aksiyalarında saxlandıqdan sonra bazar ertəsi günü məhkəmə çıxışında baş nazir Dmitri Medvedevin məhkəməyə çağırılmalı olduğunu deyib.
Ərəblər 2 azərbaycanlı qızı beysbol ağacı ilə zorlayıblar
Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə (İAQYM) Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi (DİN İAQMBİ) tərəfindən yönləndirilmiş 63, müxtəlif qeyri-hökümət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş 30 nəfər insan alverinin potensial qurbanına yardım göstərilib. Bu barədə Sputnik Azərbaycan-a ƏƏSMN İAQYM-in direktoru Nəzakət Balabəyova məlumat verib.
Azərbaycanda polis şöbəsində ÖLÜM - DİN açıqlama verdi
Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb. Rayon sakini,1977-ci il təvəllüdlü Rəşad Qarayevşöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.
Bəyanat: "GUAM məkanında münaqişələr ərazi bütövlüyü əsasında həll olunmalıdır"
GUAM məkanında münaqişələr dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu barədə təşkilata üzv olan ölkələrin hökumət başçılarının Kiyevdə keçirilən yekun bəyanatında deyilir.
Çexiya prezidentinə porno tələ qurulubmuş
Çexiya prezidenti Miloş Zemanın dediyinə görə, ötən il Lana qəsrindəki yay iqamətgahında olanda kompüterinə haker hücumu olub.
"Çirkab təmizləyən" 84 qadın öldürüb - İstintaqda şok
Rusiyanın Anqarsk şəhərinin sakini, sabiq polis zabiti Mixail Popkova qarşı yekun ittiham irəli sürülüb. Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, M.Popkov daha 60 qadını xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanıb.
"BMT Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənar deyil və ola da bilməz"
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin müsahibəs
Mənzili əxlaqsızlıq yuvasına çevirənlərə YENİ CƏZA
Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə cəza ağırlaşdırılır. Bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.
“Müasir İnkişaf” İctimai Birliyi Gürcüstanla bağlı fəaliyyətlərini genişləndirmək niyyətindədir
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, “Türk Eli” jurnalının baş redaktoru Mübariz Göyüşlü 24-26 mart 2017-ci il tarixlərdə Gürcüstandakı təşkilatlarla əməkdaşlığı genişləndirmək niyyətilə bu ölkəyə səfər edib.














