Bəyanat: "GUAM məkanında münaqişələr ərazi bütövlüyü əsasında həll olunmalıdır"

GUAM məkanında münaqişələr dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Bu barədə təşkilata üzv olan ölkələrin hökumət başçılarının Kiyevdə keçirilən yekun bəyanatında deyilir.

Bəyanatda qeyd olunur: "GUAM ölkələri - Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərində davam edən münaqişələrə görə dərin narahatlığımızı bildirərək, bu münaqişələrin ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə nizamlanması üçün səylərimizi təsdiq edirik". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31