"Çirkab təmizləyən" 84 qadın öldürüb - İstintaqda şok 

Rusiyanın Anqarsk şəhərinin sakini, sabiq polis zabiti Mixail Popkova qarşı yekun ittiham irəli sürülüb.  Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, M.Popkov daha 60 qadını xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanıb. 

Rusiyanın Anqarsk şəhərinin sakini, sabiq polis zabiti Mixail Popkova qarşı yekun ittiham irəli sürülüb.  Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, M.Popkov daha 60 qadını xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanıb. Ümumiyyətlə isə o, 20 il ərzində İrkutsk vilayətinin ərazisində 16-40 yaşlı 84 qadını qətlə yetirib. Qadınların sosial statusları və cəmiyyətdəki mövqeləri fərqli olub. Manyak qurbanlarını zorlayandan sonra işgəncələrə məruz qoyaraq öldürüb. Cinayət işinin materialları sabah M.Popkova və onun vəkilinə təqdim olunacaq. Bundan sonra manyakın məhkəməsi başlanacaq. Sabiq polis zabitinin qətlə yetirdiyi qadınların cəsədləri yol kənarlarında, meşəlik massivlərdə tapılıb. M.Popkov yalnız "əxlaqsız qadınları cəzalandırdığını", buna görə də "Çirkab təmizləyən" olduğunu deyib. 1998-ci ildə hüquq-mühafizə orqanlarını tərk edən M.Popkva boru zavodunda çalışıb, sonra avtomobil satışları ilə məşğul olub. O, 2012-ci ildə Vladivostok şəhərində tutulub. Milli.az İTAR-TASS-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31