Gündəm

Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib

27 Mart 2017 16:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Azərbaycanda fikir, söz və məlumat azadlığı təmin edilir

27 Mart 2017 15:56

Bu gün Azərbaycan dünya birliyinin bir üzvü olaraq demokratik dəyərləri, prinsipləri üstün tutan, onu  inkişaf etdirən ölkələrdən biri kimi tanınır. Demokratik dəyərlərin tərkib hissəsi, ayrılmaz qolu olan əsas amillərdən biri də fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsidir.  Qətiyyətlə demək mümkündür ki, bu gün yuxarıda qeyd edilən hər bir istiqamət üzrə durum ölkəmizdə yüksək səviyyədədir. İstər kütləvi informasiya vasitələrinə yaradılan şərait, fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi, istərsə də plüralizmin təmin edilməsi. Təsadüfi deyil ki, qeyd edilən istiqamətlərdə əldə edilən yüksək nailiyyətlər, uğurlar media nümayəndələri tərəfindən də təqdir edilir, yüksək qiymətləndirilir. Elə Newscenter.az baş redaktoru İnqilab Süleymanov da bu qənaətdədir.

Qadınlara qarşı zorakılıq məsələsi Brüsseldə müzakirə olunacaq

27 Mart 2017 15:55

Brüsseldə Avropa Parlamentinin binasında İstanbul Konvensiyasına dair “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Avropa Şurasının Konvensiyasına Avropa Birliyinin qoşulması” mövzusunda dinləmələr keçiriliəcək. Milli Məclisdən verilən məlumata görə, dinləmələrdə Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, Zorakılıqdan azad qadınlar parlament şəbəkəsinin siyasi koordinatoru Sahibə Qafarova iştirak edəcək. Deputat müzakirə olunacaq mövzu ilə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.Səfər martın 28-də başa çatacaq.

Sığorta şirkətləri niyə sığorta ödənişini verməkdən imtina edirlər, ya da süründürürlər

27 Mart 2017 15:53

Hazırda bəzi sığorta şirkətlərinin qeyri-qanuni fəaliyyəti nəticəsində əksər avtomobil sahibləri sığorta ödənişini ala bilmirlər. Bu barədə redaksiyamıza məlumat verən sürücülər qeyd edirlər ki, idarə etdikləri minik avtomobilləri icbari sığorta olunmasına baxmayaraq, baş verən yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin alınmasında müxtəlif qanunsuzluqla üzləşirlər.

Yusif Səfərov küçəsinin bir hissəsi yenidən qurularaq istifadəyə verilib

27 Mart 2017 15:52

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra sürücülərin istifadəsinə verilib.

“Don Marleone” filminin treyleri təqdim olunacaq

27 Mart 2017 15:50

Azərbaycanlı rejissor Elmar Bayramov tərəfindən ilk dəfə olaraq action və triller janrında çəkilən "Don Marleone" filminin 29 mart saat 12.00-da "Park Bulvar" AVM-də təqdimat mərasimi keçiriləcək.

Fikrət Qocanın oğlunu öldürən şəxsin başına iş gəldi

27 Mart 2017 15:49

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov üçün təcridxanaya mobil telefon keçirmək istəyən dayısının bu əməli aşkar edilib.

Aborta görə cərimə miqdarı 5 dəfə artırılır

27 Mart 2017 15:43

Azərbaycanda həkimin tibb müəssisələrindən kənarda abort etməsinə görə cəza ağırlaşdırılır.

Ruhani Moskvaya getdi

27 Mart 2017 15:40

İran prezidenti Həsən Ruhani Moskvaya rəsmi səfərə yola düşüb. Bu səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutub. İran prezidentinin Rusiya paytaxtına rəsmi səfəri çərçivəsdinə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə təxminən 10-a yaxın sənədin imazalanması planlaşdırılır. Yaxın 3 ildə İran və Rusiya iki ölkə arasında ticarət dövriyyəsini 10 milyard dollara qədər artırmaq niyyətindədir. Trend.az

Söz və fikir azadlığından sui-istifadə yolverilməzdir

27 Mart 2017 15:34

Azərbaycanda söz və məlumat azadlığının tam şəkildə təmin olunması bəzi hallardan sui-istifadə hallarına yol açıb. Belə ki, istər yerli, istərsə də xarici internet istifadəçiləri yaranmış bu azadlıqdan istifadə edərək ölkəmiz, dövlətimizin tarixi və mədəniyyəti ilə bağlı təhrif olunmuş məlumatların yayımı ilə məşğul olurlar. Millət vəkili, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü  Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda söz fikir və məlumat azadlığı tam şəkildə təmin olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində  bu günədək 269 nəfər işsiz və işaxtaran şəxsi aktivlərlə təmin edib

27 Mart 2017 15:30

Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri davam etdirilir. Bu günə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 21 rayon üzrə 269 nəfər işsiz və işaxtaran şəxsə  aktivlər alınıb verilib.

170 yaşayış məntəqəsinin içməli su təchizatı yaxşılaşdırılacaq

27 Mart 2017 15:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Həyata keçirilən tədbirlər perspektivdə uğurlu nəticələr verəcək

27 Mart 2017 15:23

“Dünyada böhran səbəbindən sosial-iqtisadi istiqamətlər ciddi problemlə üzləşib. Belə bir şəraitdə cənab Prezident olmaqla, Azərbaycan hökuməti çox ciddi islahatlar həyata keçirib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov səsləndirib.

Rusiya XİN rəhbəri ölkədə keçirilmiş etiraz aksiyalarına münasibət bildirib

27 Mart 2017 15:12

“Rusiyada etiraz aksiyası keçirmək üçün edilən müraciətlə əlaqədar bələdiyyə orqanlarının qərarı onların səlahiyyətləri çərçivəsində qəbul olunub”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib. 

Azərbaycanlı tələbə erməni alimi işsiz qoydu- Polşada

27 Mart 2017 15:03

Azərbaycan Dillər Univeristetinin 2012-2016-cı illərdə tələbəsi olmuş 1995-ci il təvəllüdlü  Şirəliyeva Fatimə Kamil qızı 2014-2015 ci illərdə Tələbə Mübadiləsi proqramı ilə Polşa Respublikasının Lodz şəhərində təhsil almağa göndərilir. Fatimə təhsil aldığı müddətdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər,eyni zamanda univeristetin ən aktiv tələbəsi kimi Azərbaycan həqiqətlərinin Polşa içtimayyətinə çatdırılmasında mühüm rol oynayan gənclərdən birinə çeveilir. Fatimənin aktivliyi Lodz Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanır.Elə bunun nəticəsidir ki,univeristet rəhbərliyi Azərbaycandan olan tələbələrin müxtəlif lahiyələrini dəstəkləyir.