Gündəm
XİN: Ermənistanın Şuşa məscidi ətrafında qazıntı aparması vandalizm siyasətinin tərkib hissəsidir
“Şuşa məscidi ətrafında Ermənistan tərəfindən qazıntı işlərinin aparılması Ermənistanın qəsdən işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasətinin tərkib hissəsidir”.
31 Mart- Sоyqırımı Günü ilə əlaqədar sərgi
AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi kitabxanasında 31 Mart-Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub. AMEA Naxçıvan bölməsindən “Olaylar” – a bildirilir ki, sərgidə akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun “Tarixi həqiqətin soyqrımı”, Fəxrəddin Cəfərovun “Erməni vəhşiliyi”, Emin Şıxəliyevin “Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində”, Elman Cəfərlinin “Naxçıvanda Erməni-Azərbaycan münaqişəsi”, Fazil Qaraoğlunun “Ermənilər və həqiqətlər: rəsmi sənədlərlə”, eyni zamanda “Erməni xəyanəti: terror, soyqırım və deportasiya siyasəti”, “Erməni daşnak faşizmi və Azərbaycan”, “Qarabağ həqiqətləri”, “Zəngəzurda qalan izimiz”, “Dünyanın mənfur milləti: erməni” və digər bu qəbildən olan kitablar nümayiş edilir.
"Cərimələrin sərtləşməsinin tərəfdarıyam"
“Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə edən və ya satmağa cəhd edənlərin cərimələrinin miqdarı artmalıdır”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rövşən Rzayev Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bildirərkən deyib.
Feysbukda iki yeni funksiya
Feysbuk canlı yayım funksiyasının sadəcə smartfonlarda deyil, həm də dizüstü və masaüstü kompüterlərdə də istifadə oluna biləcəyini açıqlayıb.
Sərkisyanın Azərbaycana növbəti təhdidi
Ermənistan prezidenti daxili auditoriyanın diqqətini Qarabağa yönəltmək və cəmiyyətin seçkiqabağı narazılığının qarşısını almaq məqsədilə ənənəvi oyunlarından birinə start verib. Belə ki, Serj Sərkisyan bu günlərdə bir daha beynəlxalq hüquq və normaları, o cümlədən Azərbaycanın qanunları kobud şəkildə pozaraq işğal altında saxladıqları Dağlıq Qarabağa səfər edib. Ermənistan prezidenti qanunsuz addım atmaqla bərabər, Azərbaycanı təhdid etməkdən də çəkinməyib. Belə ki, işğalçı ölkənin rəhbərliyi zərurət yaranacağı təqdirdə Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə edəcəklərini mümkün sayıb. Bəs görəsən, işğalçı ölkə prezidentinin növbəti təhdid nəyə hesablanıb və Sərkisyan bununla Azərbaycana hansı mesajı verir?
İranda sel nəticəsində 7 nəfər ölüb
İranın bir neçə əyalətində sel fəlakəti 7 nəfərin həyatına son qoyub. Ötən 3 gün ərzində davamlı və güclü yağışlar 15 əyalətdə, o cümlədən Tehran, İlam, Buşəhr, Cənubi Xorasan, Rəzəvi Xorasan, Xuzestan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kirman, Kirmanşah və digər yerlərdə daşqınlara səbəb olub.
Millimizə yeni baş məşqçi təyin edilib
Çimərlik futbolu üzrə Azərbaycan yığmasına yeni baş məşqçi təyin edilib. AFFA rəhbərliyinin qərarına əsasən, çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi İlham Əzizzadəyə həvalə olunub.
Berti Foqts Bakıda millimizi aşağıladı
Azərbaycanda futbolun səviyyəsi Almaniyanın 3-cü liqasının səviyyəsinə uyğun gəlir. Belə bir açıqlamanı futbol üzrə Azərbaycan millisinin keçmiş məşqçisi Berti Foqts verib. O, Almaniyanın RTL kanalına ekpert qismində müsahibə verib: "Azərbaycana oyunu ələ almağa imkan vermək olmaz".
"Barselona" Neymar üçün 180 milyona razılaşdı, Konte qoymadı
"Barselona" Neymarı "Çelsi"yə satmağa razılıq verib. Bu barədə "Tuttosport" və "Tuttuomercatoweb" kimi aparıcı xəbər saytları məlumat yayıb.
Cütlüklərin aktual problemindən biri də ünsiyyətdir
Bu gün bir çox ailələrdə yaşanan bəzi həlli mümkün olan problemlər, münaqişələr ilk növbədə onların, daha sonra isə ətrafdakı insanların xoşbəxtliyinə mane olur. Əgər, ailədə övlad varsa, o zaman problem daha da kritik həddə çatır. Bəzi ölkələrdə bu cür ailələrə yardım etmək üçün ailə psixoloqları, psixoterapevtlər fəaliyyət göstərir. Şəbnəm Sadıqova məkan olaraq, Türkiyədə fəaliyyət göstərən, lakin, online terapiya ilə hər kəsin yanında olan, münasibətlər üzrə uzman psixoloqdu. Ailələrin ilkin problemlərinə, onların həlli yoluna aydınlıq gətirmək üçün Şəbnəm xanımla olan müsahibəni sizlərə təqdim edirik.
İlk kompleks kitabxananın açılışı olacaq
Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS–nin 1 saylı filialı M.Şəhriyar adına kitabxansı rekonstruksiyadan sonra qapılarını oxucuların üzünə açacaq.
İlyas Umaxanov Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Mikayıl Müşfiqin heykəli bərpa olunaraq yerinə qoyulub
Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. Bu barədə Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə məlumat verib. Onun sözlərinə görə, heykəl martın 27-də yerinə qoyulub: "Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Sabahdan ərazidə abadlıq işlərinə başlanılacaq".
“Veysəloğlu” şirkətlər qrupu Caspian Energy Forum Baku-2017-nin sponsoru oldu
"Veysəloğlu” şirkətlər qrupu 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) sponsoru oldu. Bu barədə məlumat “OLAYLAR” -a şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
Əksər sahələrdə pozitiv nəticələr əldə olunub
2015-ci ildən etibarən dünya bazarlarında neftin qiymətlərində baş verən kəskin azalma əksəriyyət dünya ölkələrinin iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Qlobal səviyyədə baş verən bu proseslər istər-istəməz Azərbaycana da təsirsiz ötüşmədi. Amma, digər ölkələrdən, əsas gəlirlərini neftə bağlayana dövlətlərdən fərqli olaraq Azərbaycan bu böhranı minimum səviyyədə özündə hiss etdi ki, bunu da şərtləndirən amillər vardı.














