Gündəm
"Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir"
Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi dayanaqlığını təmin edən amillərdən biri də ixrac potensialından səmərəli istifadə edilməsilə bağlıdır. Bunun üçün keyfiyyətli və rəqabətədavamlı məhsul istehsalı vacib şərtdir. Xüsusən, hazırki iqtisadi geriləmələrin baş verdiyi bir məqamda bu strategiyanın düzgün müəyyən edilməsi ilə ölkəyə valyuta axınını təmin etmək əsas şərtlərdən hesab olunur.
Müdafiə Nazirliyi Sarkisyanın "İsgəndər" raketləri ilə bağlı bəyanatına CAVAB VERDİ
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan prezidenti Serj Sarkisyanın "İsgəndər" operativ-taktiki raketlərindən istifadə edilməsinə əmr verəcəyi barədə bəyanatına cavab verib.
Silah alveri ilə məşğul olan böyük cinayətkar dəstə zərərsizləşdirildi
Rusiyanın Federal Təhlükəsizlik Xidməti silah alveri ilə məşğul olan böyük dəstəni zərərsizləşdirib. Dəstə üzvlərindən üç təyyarə bombası, 56 ədəd odlu silah, 15 kq partlayıcı, qumbaralar, minalar və digər silah-sursat müsadirə edilib.
Türkiyədə terrorla mübarizə çərçivəsində əməliyyatlar
Türkiyənin daxili işlər nazirliyinin rəsmi məlumatına görə, ölkə üzrə keçirilən anti-terror əməliyyatları zamanı 46 terrorçu öldürülüb, 10 nəfər isə sağ olaraq ələ keçirilib.
Rusiya vətəndaşları Türkiyəyə xarici pasportsuz gələcəklər?
Rəsmi Ankara rəsmi Moskva ilə Rusiya vətəndaşlarının Türkiyəyə xarici pasportlar olmadan gəlməsi qaydalarını müzakirə etməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rus icmasının nümayəndələri ilə görüşü zamanı deyib.
5 yaşlı uşaq kanalda batıb
Salyanda azyaşlı faciəli şəkildə ölüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 25-də Salyan rayon sakini, 5 yaşlı Zeynəb İbadzadə Seydan kəndində yaşayan babasının evinin həyətindən keçən su kanalına yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.
Özünü dənizə atıb intihar etdi
Bakıda Dənizkənarı Milli Park ərazisində intihar edən şəxsin kimliyi məlum olub. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğlunun meyitini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.
Respublika çaylarında mövcud vəziyyət
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-160, Kiçik Qafqazın çaylarında 100-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-60 faizini təşkil edir.
“Ermənistanda seçkilər idarə olunandır”
“Artıq Ermənistan ictimaiyyəti, cəmiyyəti dərk edir ki, onları Dağlıq Qarabağdan gəlib, hakimiyyəti zəbt etmiş bir qrup cinayətkar idarə edir və bu idarəetmə onları fəlakətə gətirib çıxarıb. Bu baxımdan Ermənistanda müxtəlif partiyalar, qruplaşmalar, cəmiyyətlər, təşkilatlar Sarkisyan hakimiyyətinə qarşı ayağa qalxaraq etirazlarını bildirirlər”. Bunu deputat Elman Məmmədov deyib.
Aşot Manuçaryan: “Bu, hakimiyyətin total eşşəklik xarakteridir”
Ermənistanda keçiriləcək parlament seçkiləri iistiqamətində yaradılmış “Mənəvi Ermənistan” təşəbbüs qrupunun rəhbəri Aşot Manuçaryaın fikrincə, ölkədəki digər təşəbbüs qrupları ilə birləşmə prosesi gedir və yaxın günlərdə birgə fəaliyyət göstəriləcək. Manuçaryan bu barədə 1in.am saytına danışıb. O, qeyd edib ki, “Mənəvi Ermənistan” təşəbbüs qrupunun rəhbərinin fikrincə, ermənilərin birləşməsini nəzərdə tutan layihə barədə bütün partiyalara, təşkilatlara məlumat verilib. “Konsolidasiya hazırda bizim üçün imperativə çevrilib”-deyə qrupun rəhbəri bildirib.
Xaricdə yaşayan Türkiyə vətəndaşları səs verməyə başladı
Xaricdə yaşayan Türkiyə vətəndaşlarının konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda səs vermə prosesi başlayıb. Bu barədə Trend Türkiyənin Ali Seçki Şurasına istinadən məlumat verir.
Naxçıvanlı məktəblilər Tarix Muzeyində
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup bayram ərəfəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.
IV Şimal Regional Konfrans keçiriləcək
Martın 28 – də, saat 15:00-da Quba Regional Perinatal mərkəzində IV Şimal Regional Konfrans baş tutacaq. Səhiyyə Nazirliyindən “Olaylar” – a bildirilib ki, konfransda “Rh mənfi amili və hamiləlik”, “Yenidoğulmuşların hiper bilerubinemiyaları” , “Yenidoğulmuşların ilkin reanimasiyası.Praktik vərdişlər”inə dair məruzələr dinləniləcək.
Gülən Kanadaya qaçır
Türkiyəin Ədalət naziri Bekir Bozdağ “ Fətullah Gülənin Kanadaya qaçacağı haqqında əlimizdə məlumat var. Biz bu informasiyanı Kanada Ədalət nazirliyinə də bildirmişik. Gülən Kanada da böyük bir ərazi aldığını və buraya yerləşmək istədiyini qarçı tərəfə bildirmişik” – deyib.
Qəfil geomaqnit qasırğası başlayıb
Bu gün qəfil geomaqnit qasırğası başlayıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.














