Naxçıvanlı məktəblilər Tarix Muzeyində

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup bayram ərəfəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının növbəti mərhələsi çərçivəsində Naxçıvan Muxtar Respublikası məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət dörd qrup bayram ərəfəsində AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeydən 2Olaylar" - a bildirilib ki, məktəblilərə muzeyin tarixi, müəssisədə qorunan müxtəlif əsrlərə aid eksponatlar barədə məlumat verilib.

Neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanışlıq, muzey binasının tarixi, Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən eksponatlar şagirdlərin xüsusi marağına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31