Tarixi Zəfər Ulu Öndərin dövlətçilik strategiyasının məntiqi nəticəsidir-Özəl
11:50 Siyasət"Ulu Öndər Heydər Əliyevin siyasi kursunun milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və müasir dövrün tələblərinə uyğun davam etdirilməsi ölkəmizin inkişafına mühüm töhfə verib". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib: "Ulu Öndərin siyasi kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin artması nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə mütləq suverenliyin təmini Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının məntiqi nəticəsidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31