Gündəm
Ermənistanda seçki həyəcanı
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkədəki siyasi gərginlik də artır. Artıq sadə ermənilər hakim partiyaya qarşı öz açıq və kəskin etirazlarını ifadə edirlər. Bu arada seçkilərdə qələbə qazanmaq arzusunda olan həm iqtidar, həm də müxalifət partiyaları Kremlin dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxırlar. Bəs görəsən rəsmi Moskva aprel seçkilərində hakim Respublika Partiyasına, yoxsa müxalifətəmi dəstək verəcək?
İnsan hüquq və azadlıqlarından dəm vuran ölkələrin siması yırtılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarla insan hüquq və azadlıqlarına nə dərəcədə yüksək dəyər verdiyini bir daha ortaya qoyur, ölkədə bu sahədə məqsədyönlü addımlar atıldığını təsdiqləmiş olur. Bir neçə gün əvvəl, daha doğrusu Novruz bayramı ərəfəsində dövlət başçısı bunu bir daha sübuta yetirdi.
Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm müstəvi
Azərbaycan müntəzəm olaraq beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, humanitar, mədəni, eləcə də idman tədbirlərinə evsahibliyi edərək dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələdən olur. Artıq bir neçə ildir ki, Azərbaycan paytaxtı günümüzdə hər kəsi narahat edən vacib qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib. Bütün bu kimi tədbirlər, toplantı və forumlar isə ölkəmizin beynəlxalq aləmdəki yeri və rolunu getdikcə daha da möhkəmlədir.
ABŞ-dan xain ADDIM: Türkiyə sərhədində yeni dövlət yaratdı
ABŞ İraq və Suriyada “böyük kürd dövləti”nin yaradılması ilə bağlı YPG (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı - red.) ilə razılığa gəlib.
"Sarkisyanın Ermənistanda da qətliam etməsi gözləniləndir”
“Ermənistanın daxilində ziddiyyətlər yeni başlamayıb, sadəcə bu proses aprel ayında keçiriləcək seçkidə daha dinamik hal alıb. Bildiyiniz kimi, Ermənistanda Serj Sarkisyana qarşı etirazlar daha da güclənir”. Bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Havadan - Xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
İstismara qəbul edilməyən binalarda hansı problemlər yaşanır?
Azərbaycanda tikinti bumu yaşandığı anda paytaxt Bakıda, eləcə də respublikanın ayrı-ayrı bölgələrində çoxsaylı mənzillər inşaa edilib. Məsələ orasındadır ki, hazırda ölkədə xeyli sayda çoxmənzilli binalar var ki, illərlədir ki orada yaşayış olmasına baxmayaraq hələ də rəsmi qaydada istismara qəbul edilməyib.
Paytaxtda quldurluq edən dəstə zərəsizləşdirilib
Martın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.
İrandan narkotik gətirən qadın saxlanıb
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Hakimlərimiz beynəlxalq seminarda
24-26 mart tarixlərində Bolqarıstanın Sofiya şəhərində I-S kateqoriyalı beynəlxalq hakimlər üçün Dünya Güləş Birliyinin seminarı keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, seminarda ölkəmizi I-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edib.
“Neft Daşları” yatağında yeni quyu qazılır
“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan 2651 nömrəli quyuda qazma işləri davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1460 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.
Mədəniyyətin inkişafı naminə əməkdaşlıq
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin müvəffəq olduğu beynəlxalq əməkdaşlıq müqavilələrinin sırasına daha bir memorandum əlavə olunub.
22 terrorçu məhv edildi
Türkiyənin Yüksekova vilayətində İkiyaka daölarında PKK terror qruplaşması ilə təhlükəsizlik qüvvələri arasında silahlı insident yaşanıb. 25 martda başlayan əməliyyat ötən günə qədər davam edən əməliyyat zamanı 22 PKK terrorçusu məhv edilib. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, silahlı insident zamanı ağır yaralanan 33 yaşlı Gökhan Altınalan Hakkari Dövlət xəstəxanasına aparılsada, şəhid olub.
Müsəlman qadınlar terrora qarşı
İngiltərənin paytaxtı Londonda ötən həftə baş vertmiş terror hadisəsi ilə əlaqədar olaraq bir qrup müsəlman qadınlar Westminster Köprüsü əl - ələ tutaraq dünyaya sülh mesajı veriblər. “Olaylar” Miliyyet” - ə istinadənn bildirir ki, müsəlman qadınlar ümidin simvolu olaraq, mavi hicabdan istifadə edərək, 5 dəqiqə körpü üzərində əl -ələ tutaraq terror hadisəsi zamanı həyatını itirən insanları yad ediblər. Aksiyanın “Kadınlar Yürüyüşü” təşkilatı tərəfindən həyata keçirildiyi vurğulanır.
Ölkəyə qanunsuz zərgərlik məmulatlarının gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən gizli və bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının xanım vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükündə bəyan edilməyən qızıl-zinət əşyalarının olması şübhə doğurub.














