Hakimlərimiz beynəlxalq seminarda
24-26 mart tarixlərində Bolqarıstanın Sofiya şəhərində I-S kateqoriyalı beynəlxalq hakimlər üçün Dünya Güləş Birliyinin seminarı keçirilib. AGF-dən “OLAYLAR”-a bildirilib ki, seminarda ölkəmizi I-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edib.
27 Mart 2017 12:40 Sosial24-26 mart tarixlərində Bolqarıstanın Sofiya şəhərində I-S kateqoriyalı beynəlxalq hakimlər üçün Dünya Güləş Birliyinin seminarı keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, seminarda ölkəmizi I-S kateqoriyalı beynəlxalq hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edib. Dünyanın müxtəlif ölkələrindən I-S kateqoriyalı 100-dən artıq hakimin iştirak etdiyi seminarda güləş qaydalarında nəzərdə tutulan dəyişikliklər barədə nəzəri məlumatlar və xalça üzərində praktiki təlimlər verilib. Üç gün davam edən seminar zamanı müzakirə olunan qayda dəyişiklikləri qarşıdan gələn yarışlarda sınaqdan keçiriləcək.