Gündəm
Başına yumruqla vurub öldürdü
Bakıda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 25-də Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Bakı Şopinq Festivalına hazırlıq davam edir
Aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına müsbət təsir göstərir. Bakıda belə festivalların keçirilməsi sözügedən sərəncamda və ölkə Prezidentinin 2016-cı il 6 dekabr fərmanı ilə ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ində əksini tapıb.
Oqtay Əsədov Rusiyaya səfər edib
Milli Məclis sədri Oqtay Əsədov Rusiyaya səfər edib. Bu barədə “Olaylar”a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 27-də MM sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 25 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə, təşkilatın Şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər etmişdir.
Magistratura və rezidenturaya qəbul olmaq istəyənlər üçün son gün
Sabah Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulu başa çatır. Dövlət İmtahan Mərkəzinin saytında bu saata qədər magistratura üzrə cəmi 12378 nəfər ərizəsini təsdiq edib, onların 11192 nəfəri Azərbaycan, 1186 nəfəri rus bölməsinin mərzunlarıdır. Rezidentura üzrə cəmi 1028 nəfər ərizəsini təsdiq edib, onların 893-ü Azərbaycan, 135- I isə rus bölməsinin məzunlarıdır.
Qanlı sıyıq ssenarisi və hücum HAZIRLIĞI
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ və Almaniya fondlarının onu devirmək üçün kisələrinin ağzını açdığını bəyan etdi. Bu açıqlama müxalifətin martın 25-də təyin etdiyi mitinq öncəsi verilmişdi. Və hesab etmək olardı ki, Lukaşenko mitinq öncəsi əhalini qorxutmaq gedişi edir. Lakin deyəsən məsələ bu dəfə kifayət qədər ciddidir.
Ümrə ziyarətini başa vuran zəvvar qrupu Azərbaycana qayıdıb
Azərbaycandan Ümrə ziyarətinə gedən 60 nəfərlik qrup Vətənə qayıdıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev məlumat verib.
9 yaşında zorlanıb, ölən qız: "Ana, bunları necə unudacam?"
Onu zorlayan şəxslə məhkəmədə qarşılaşmağa dözə bilmədiyinə görə infarkt keçirərək ölən 9 yaşlı Yağmur K.-nın ailəsi ilk dəfə jurnalistlərə açıqlama verib.
Parisdə Azərbaycan Evinin Novruz şənliyi
Fransada fəaliyyət göstərən « Paris Azərbaycan Evi » təşkilatı ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan dili dərsləri şagirdlərinin təqdimatında Novruz şənliyi təşkil edib.
Novruz Festivalı minlərlə turisti cəlb edib
Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Novruz Festivalı keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbəə görə, Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 60-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakı ilə Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim olunur.
Rusiyadan Türkiyə xəbərdarlığı
Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi xarici ölkələrə səfər edən ölkə vətəndaşları üçün bir sıra tövsiyələrdə bulunub. “OLAYLAR”-ın xəbərinə görə, süsusilə, Türkiyəyə səfər edəcək ruslara bir sıra vacib məqamlara diqqət etmələri məsləhət görülüb.
Dövlət sərhədini pozanlar aradan çıxıblar
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə dövlət sərhədinin pozul¬masının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıb.
“Quş qripi” ilə bağlı monitorinqlərə start verilib
“Quş qripi” xəstəliyinə görə növbəti monitorinqə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən “Olaylar”a verilən məlumata görə, martın 27-dən başlayaraq, köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verilib. Monitorinq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır.Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur.
141 dövlət əmlakı hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 18-də daşınmaz əmlakın özəlləşdirilməsi ilə bağlı yeni hərrac keçirəcək. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılıb.
Ticarət mərkəzində eskalator şoku: 17 yaralı - VİDEO
Məşhur ticarət mərkəzindəki eskalatorlardan biri qəflətən sıradan çıxanda yüzlərlə insan bir-birinə dəyib. Olay Çinin Honkonq şəhərindəki "Mong Kok" ticarət mərkəzində yaşanıb. Şəhərin Lanqhem Pleys səmtindəki bu molldakı 45 metrlik eskalatorun qəflətən sıradan çıxması nəticəsində lent sürətlənib və 17 nəfər yaralanıb.
İŞİD Britaniyada turizmi vurdu
Ötən il Fransada və Belçikada terror aktlarından sonra Avropa Birliyi ölkələrinin tam əksəriyyətində turizm axını zəifləyib. Turistlər Parisdə, Brüsseldə asudə dolaşmağa qorxurlar.














