Bakı Şopinq Festivalına hazırlıq davam edir

Aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - “Baku Shopping Festival” keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına müsbət təsir göstərir. Bakıda belə festivalların keçirilməsi sözügedən sərəncamda və ölkə Prezidentinin 2016-cı il 6 dekabr fərmanı ilə ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ində əksini tapıb.

Aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında ilk dəfə Ticarət festivalı - "Baku Shopping Festival" keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncama əsasən keçiriləcək festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Müxtəlif dövlətlərin təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına müsbət təsir göstərir. Bakıda belə festivalların keçirilməsi sözügedən sərəncamda və ölkə Prezidentinin 2016-cı il 6 dekabr fərmanı ilə ilə təsdiq edilən "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ində əksini tapıb. İlk Bakı Şopinq Festivalına hazırlıq davam etməkdədir. Bu prosesdə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlar da iştirak edir. Bakı Şopinq Festivalı nəinki xaricdən turist axınını təşkil etmək, eyni zamanda, daxili turizmi inkişaf etdirmək məqsədi daşıyır. Festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da "Tax free" (əlavə dəyər vergisinin qaytarılması) sistemindən istifadə edə biləcəklər ki, bu da dünya təcrübəsində bir ilkdir. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşı bu sistemdən yararlana biləcək.

Festivala bir sıra qonşu ölkələrdə, eləcə də son dövrlər Azərbaycana böyük turist axınının müşahidə olunduğu Fars körfəzi ölkələrində maraq var. Qeyd edək ki, Bakı Şopinq Festivalının internet saytı - www.bakushopfest.com Azərbaycan, ingilis, rus, ərəb dillərində fəaliyyət göstərir. Bir ay ərzində şopinq festivalı həm xarici turistlərə, həm də yerli istehlakçılara əlverişli alış-veriş və müxtəlif maraqlı əyləncə imkanları təqdim edəcək, ölkəmizə gələn turistlərin sayını artıracaq, turizm, qonaqpərvərlik, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Ticarət turizminin dünya miqyasında trendə çevrilməsi Azərbaycanın turizm imicini beynəlxalq turizm bazarında daha da möhkəmləndirəcək, turizm məhsullarının diversifikasiyasına gətirib çıxaracaq.

Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Azərbaycan Konqreslər Bürosu festivalın yüksək səviyyədə, səmərəli keçirilməsi üçün bu günlər öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə gərgin iş rejimində çalışır. Ticarət mərkəzlərində, Fəvvarələr meydanında və Dənizkənarı Milli Parkda gündəlik əyləncə tədbirləri keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31