Novruz Festivalı minlərlə turisti cəlb edib  

Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Novruz Festivalı keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbəə görə, Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 60-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakı ilə Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim olunur.

Martın 20-dən 26-dək Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Novruz Festivalı keçirilib. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbəə görə, Novruz Festivalı cərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan 60-dan çox incəsənət kolletivinin və tanınmış müğənnilərin iştirakı ilə Sabir bağında yeddi gün ərzində konsert proqramı təqdim olunur. Konsertin proqramı hər gün yenilənir. Sənətkarlar öz əl işlərini təqdim edirlər, kulinarlar qonaqlar üçün milli mətbəxin nümunələrini hazırlayırlar. Festivalda həmçinin pəhləvanlar, akrobatlar öz bacarıqlarını nümayiş etdirir. Bundan əlavə, tamaşaçıların diqqətinə atlıların çıxışları, o cümlədən dünyaca məşhur Qarabağ atı təqdim olunur. Festivala artıq əksəriyyəti İran, Fars körfəzi, MDB, Avropa və Amerika ölkələrindən olmaqla minlərlə turist tamaşa edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31