9 yaşında zorlanıb, ölən qız: "Ana, bunları necə unudacam?"
Onu zorlayan şəxslə məhkəmədə qarşılaşmağa dözə bilmədiyinə görə infarkt keçirərək ölən 9 yaşlı Yağmur K.-nın ailəsi ilk dəfə jurnalistlərə açıqlama verib.
27 Mart 2017 12:07 DünyaOnu zorlayan şəxslə məhkəmədə qarşılaşmağa dözə bilmədiyinə görə infarkt keçirərək ölən 9 yaşlı Yağmur K.-nın ailəsi ilk dəfə jurnalistlərə açıqlama verib. Ailəsi şübhəlinin sərbəst buraxılmasını qınayıb. Onlar jurnalistlərə deyib: "Hadisədən sonra tez-tez altını isladırdı, ağzını silib, tüpürürdü. Bir gün mənə əli ilə başını göstərərək "Ana, bunları ağlımdan silsəm də, ürəyimdən necə siləcəm? Necə unudacam?" - dedi. 9 yaşlı uşağın başına bunlar gəlməlidir?"
Qeyd edək ki, hadisə ötən il İzmirdə baş verib. Yağmur K.nı zorlayan 56 yaşlı T.Ç 1 il məhkumluq həyatı yaşadıqdan sonra mart ayının 22-də sərbəst buraxılıb. Milli.az "Hürriyet"ə istinadla xəbər verir.