Rusiyadan Türkiyə xəbərdarlığı
Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi xarici ölkələrə səfər edən ölkə vətəndaşları üçün bir sıra tövsiyələrdə bulunub. “OLAYLAR”-ın xəbərinə görə, süsusilə, Türkiyəyə səfər edəcək ruslara bir sıra vacib məqamlara diqqət etmələri məsləhət görülüb.
27 Mart 2017 12:01 DünyaRusiya Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi xarici ölkələrə səfər edən ölkə vətəndaşları üçün bir sıra tövsiyələrdə bulunub. "OLAYLAR"-ın xəbərinə görə, süsusilə, Türkiyəyə səfər edəcək ruslara bir sıra vacib məqamlara diqqət etmələri məsləhət görülüb. Açıqlamada Türkiyəyə səfər edəcək ruslara Mustafa Kamal Atatürk haqqında sayğısız fikirlər işlətməmək, Onun ünvanına təhqiredici fikirlər söyləməmək xüsusi vurğulanır. Digər bir tövsiyədə isə vurğulanır ki, barmaqla zəfər işarəsi göstərmək kürd siyasi hərəkatlarına aid olduğu üçün rusiyalı turistlər bundan da istifadə etməsinlər. Digər bir tövsiyə bozqurd işarəsi ilə bağlıdır. XİN tövsiyə edir ki, rusiyalı turistlər Türkiyədə səfərdə olduqları zaman barmaqla bozqurd işarəsi göstərməkdən uzaq dursunlar.