Gündəm
Dürüst, güvəncli, adil, etik dəyərlərə önəm verən bir gəncliyin yetişməsini istəyirik
Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinin fəaliyyətə başlamasının bu il 25 ili tamam olur. 1992-ci ildə, mərhum Turan Yazqanın gərgin əməyi sayəsində açılan Bakı Atatürk Liseyi ötən 25 il ərzində çətin, çətin olduğu qədər də şərəfli bir yol keçib. Bakı Atatürk Liseyinin 25 illik fəaliyyətinə nəzər salmaq üçün təhsil ocağının müdiri Hüseyin Dəmirəllə görüşüb söhbətləşmək qərarına gəldik. “OLAYLAR”-a verdiyi müsahibədə Hüseyin Dəmirəl Bakı Atatürk Liseyinin 25 illik fəaliyyətini qiymətləndirib və bundan sonra qarşıda duran vəzifələr barədə danışıb.
Tramp: "Bir çoxları sərhədi keçməyə cəhd belə etmir"
ABŞ-a qeyri-qanuni miqrant axını azalıb. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Tvitter" səhifəsində yazıb. "Daxili təhlükəsizlik naziri Con Kelli sərhəddə böyük işlər görür. Miqrantların sayı olduqca azalıb. Bir çoxları sərhədi keçməyə cəhd belə etmir", D.Tramp yazıb.
Rus səfirin qatilinin internetdə axtrarış verdiyi tarix polisi ŞOK ETDİ
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovu öldürən Mevlüt Mert Altıntaşın kompüterində edilən araşdırmada maraqlı detallar üzə çıxıb.
NATO generalı: “Rusiya Qarabağda vəziyyəti gərginləşdirməkdə əsas rol oynayır”
“Moskva Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin gərginləşdirilməsində əsas rol oynayır”. Bu barədə ABŞ Avropada və NATO-dakı hərbi birləşmələrinin komandanı general Kertis Skaparotti Senatda silahlı qüvvələrlə bağlı dinləmələrdə deyib.
“Seçkilər cəllad Sarkisyanın hakimiyyətdə qalmasına hesablanıb”
“Ermənistan parlamentinə aprelin 2-də seçkilər keçirməkdə Sarkisyanın məqsədi siyasi oyunların rəsmiləşdirilməsindən ibarətdir”. Bunu millət vəkili Azər Badamov deyib.
Mari Li Pen: “Avropa İttifaqının sayılı günləri qalıb, o kimsəyə lazım deyil”
Fransa prezidentliyinə namizəd, ölkə sağçılarının lideri Marin Li Pen növbəti dəfə səs-küylü bəyanatı ilə yadda qalıb. Belə ki, “Milli cəbhə” partiyasının xanım rəhbəri Lilldə tərəfdarları arasında keçirdiyi mitinqdə rəqibləri Emmanuel Makronu və Fransua Faiyonu Avropa İttifaqına görə ölkəni satmaqda ittiham edib.
“Donu qırmızı” təqdim olunacaq
Aprelin 2 – də “Kitabevim.az” mağazasında yazıçı Sevinc Elseverin “ Donu qırmızı” kitabının təqdimatı keçiriləcək. “Xan” nəşriyyatında işıq üzü görən kitabda “Nuhun gəmisindən kosmosa səyahət”, “Donu qırmızı” romanları ilə bərabər, “Lokamativ və vaqonları” adlı pyesi də yer alıb. Kitab 9 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Hüseyn Bağırov vətandaşlarla görüşəcək
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov martın 30 – da, saat 09:30-da Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi, Tərtər, Bərdə rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Padar-Qarasu mənzilində 12,3 km yol yenilənir
Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Belə ki, Padar-Qarasu mənzilində və Padar stansiyasının baş yollarında 12,3 km yolun əsaslı təmirinə start verilib. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Niderlandda işğal olunmuş ərazilərlə bağlı tədbir keçiriləcək
Yaxın aylarda Niderlandda Azərbaycanın təbliğinə həsr olunmuş tədbir keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri sözügedən ölkədə yaşayan soydaşımız, fəal diaspor təmsilçimiz Vüqar Abbasov səsləndirib.
Nazir vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən mart ayının 29-da İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində vətəndaşlar qəbul ediləcək.
Atəşkəs rejimi 111 dəfə pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub.
İngiltərə şahzədəsinə SUİ-QƏSD cəhdi - Təyyarəsini vurmaq istədilər
İngiltərə şahzadəsi Uilyam vertolyotu pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda xilas olub. Polis vertolyotda Uilyam olmasa da, hadisəni sui-qəsd cəhdi kimi xarakterizə edərək istintaq başlayıb.
Sabiq prezident həbs ediləcək
Cənubi Koreya Prokurorluğu sabiq prezident Pak Kın Heninin həbs olunmasını istəyir. Sabiq prezidentin adı korrupsiya qalmaqalında hallandığı üçün istefa verməli olub. Bununla bağlı ölkə prokurorluğu məhkəməyə sorğu göndərib.
Yoxa çıxan eşşəklər dönərxanalardadır?
Azərbaycanda 5000 eşşəyin yoxa çıxması məsələsi bayram günlərində ən çox müzakirə olunan mövzu oldu.














