NATO generalı: “Rusiya Qarabağda vəziyyəti gərginləşdirməkdə əsas rol oynayır”

“Moskva Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin gərginləşdirilməsində əsas rol oynayır”. Bu barədə ABŞ Avropada və NATO-dakı hərbi birləşmələrinin komandanı general Kertis Skaparotti Senatda silahlı qüvvələrlə bağlı dinləmələrdə deyib.

"Moskva Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin gərginləşdirilməsində əsas rol oynayır". Bu barədə ABŞ Avropada və NATO-dakı hərbi birləşmələrinin komandanı general Kertis Skaparotti Senatda silahlı qüvvələrlə bağlı dinləmələrdə deyib.

Amerikalı general xüsusi olaraq vurğulayıb ki, Rusiya qonşu ölkələrdə dondurulmuş, həmçinin uzunmüddətli münaqişələrin yaranmasında maraqlıdır: "Moskva Dağlıq Qarabağda münaqişənin həllində gərginləşdirici katalizator rolunu oynayır. Hər iki tərəfə silah satmaqla Ermənistanı və Azərbaycanı sonu görünməyən müharibəyə sürükləyir. Minsk qrupunun həmsədri olan Rusiya beynəlxalq öhdəliyə zidd olaraq münaqişəni həll etmək əvəzinə Ermənistanda hərbi baza saxlayır, bu ölkəni silahlandırır".

General qeyd edib ki, adi və taktiki nüvə silahlarının yayılmaması müqaviləsini imzalamasına baxmayaraq Rusiya münaqişə ocaqlarına uzaqmənzilli hücum raketləri göndərməkdə davam edir: "Bu da bütün qaydalara ziddir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31