Niderlandda işğal olunmuş ərazilərlə bağlı tədbir keçiriləcək
Yaxın aylarda Niderlandda Azərbaycanın təbliğinə həsr olunmuş tədbir keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri sözügedən ölkədə yaşayan soydaşımız, fəal diaspor təmsilçimiz Vüqar Abbasov səsləndirib.
27 Mart 2017 11:10 SosialYaxın aylarda Niderlandda Azərbaycanın təbliğinə həsr olunmuş tədbir keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri sözügedən ölkədə yaşayan soydaşımız, fəal diaspor təmsilçimiz Vüqar Abbasov səsləndirib. O, qeyd edib ki, tədbir Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı ola bilər: "Qısa fasilədən sonra bəzi fəaliyyətlərə yenidən davam etməyə qərar verdim. Bu ayın sonunda Niderland Jurnalistlər Birliyinin tədbirinə qatılacam. Bu günlərdə bir, təxminən bir neçə həftəyə başqa bir jurnalistlə görüşlərim var. Niderland Parlamentinin bəzi deputatları ilə ilkin razılıq əldə olunub və danışıqlar hələ davam edir. Daha ətraflı danışıqlara isə yay tətilindən sonra başlayacağıq. Bərabər bir tədbir keçirməyi düşünürük. Adı "İşğal olunmuş ərazilər" də ola bilər. Həmin tədbirə Azərbaycandan, Ukraynadan qonaqlar dəvət etmək istəyirik. Tədbirdə bir çox məsələləri müzakirə etməyi düşünürük. Məsələn: Münaqişələrin həll olunmasına mane olan səbəblər və.s".