Mədəniyyətin inkişafı naminə əməkdaşlıq
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin müvəffəq olduğu beynəlxalq əməkdaşlıq müqavilələrinin sırasına daha bir memorandum əlavə olunub.
27 Mart 2017 12:38 MədəniyyətMədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin müvəffəq olduğu beynəlxalq əməkdaşlıq müqavilələrinin sırasına daha bir memorandum əlavə olunub.
Mərkəzdən "Olaylar" - a bildirilib ki, aparılmış danışıqlar nəticəsində Mərkəz Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq memorandumu imzalanıb. Böyük ənənələrə və elmi-kadr potensialına malik olan Belorusiyanın sözügedən ali təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində milli mədəniyyətin tanıdılması və təbliği istiqamətində birgə layihələrin reallaşması nəzərdə tutulur.
Planlaşdırılmış birgə iş sırasında "Mədəniyyət müəssisələri və müasir menecment", "Mədəniyyətdə marketinq", "Mədəniyyətdə peşəkarlıq meyarları" və s. kimi mövzulara həsr olunmuş dəyirmi masaların keçirilməsi və metodiki vəsaitlərin hazırlanması nəzərdə tutulur. Memoranduma əsasən Mərkəzin əməkdaşlarının sözügedən ali məktəbdə kurs keçmələri də nəzərdə tutulur.
Qeyd etmək istərdik ki, əməkdaşlıq çərçivəsində artıq bir tədbir reallaşıb. Belə ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən gənc mədəniyyət işçiləri üçün təşkil olunmuş "Qış düşərgəsi"ndə sözügedən ali məktəbin əməkdaşı məruzəçi qismində iştirak edib.