Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm müstəvi
Azərbaycan müntəzəm olaraq beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, humanitar, mədəni, eləcə də idman tədbirlərinə evsahibliyi edərək dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələdən olur. Artıq bir neçə ildir ki, Azərbaycan paytaxtı günümüzdə hər kəsi narahat edən vacib qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib. Bütün bu kimi tədbirlər, toplantı və forumlar isə ölkəmizin beynəlxalq aləmdəki yeri və rolunu getdikcə daha da möhkəmlədir.
27 Mart 2017 12:56 SiyasətArzu Nağıyev: "Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Azərbaycanın prioritet istiqaməti olan Dağlıq Qarabağ məsələsini detalları ilə dünyaya çatdırır və kimin kim olduğunu, Ermənistanın işğalçı siyasətini ifşa edir"
"Eyni zamanda beynəlxalq qurumların biganə qalmaması üçün arqumentləri və faktları sənədlərlə ortaya qoyur"
Azərbaycan müntəzəm olaraq beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, humanitar, mədəni, eləcə də idman tədbirlərinə evsahibliyi edərək dünyanın əsas diqqət mərkəzinə çevrilən ölkələdən olur. Artıq bir neçə ildir ki, Azərbaycan paytaxtı günümüzdə hər kəsi narahat edən vacib qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilib. Bütün bu kimi tədbirlər, toplantı və forumlar isə ölkəmizin beynəlxalq aləmdəki yeri və rolunu getdikcə daha da möhkəmlədir. Həmçinin, Azərbaycana olan inamı, etimadı artırır. Hər şeydən əvvəl isə Azərbaycan bu kimi tədbirlərlə dünyaya. beynəlxalq aləmə bir nümunə, örnək təqdim edir. Bir müddət əvvəl dünyanın diqqəti yenidən Azərbaycan paytaxtına yönəldi. Belə ki, ölkəmizin evsahibliyi ilə martın 16-17-si tarixlərində paytaxtda V Qlobal Bakı Forumu keçirildi. Dünyanın 50-dən artıq ölkəsindən nümayəndənin iştirak etdiyi tədbirdə müasir dünyamız üçün vacib olan bir sıra məsələlər ətraflnda fikir mübadiləsi aparıldı. Bəs belə bir mühüm forumun ölkəmizdə keçirilməsi Azərbaycan üçün nə dərəcədə əhəmiyyətlidir və ölkəmizə hansı dividentlər gətirə bilər? Bu və ya digər suallarla siyasi ekspert Arzu Nağıyevə müraciət etdik. "OLAYLAR" -a verdiyi müsahibədə Arzu Nağıyev V Qlobal Bakı Forumu, onun ölkəmiz üçün əhəmiyyətindən danışıb. Arzu Nağıyev xüsusilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından bu cür forumların mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Siyasi ekspert bildirib ki, artıq ölkəmiz mühüm beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə edildiyi, fikir mübadiləsinin aparıldığı məkana çevrilib və bu kimi toplantılar Azərbaycanda bir ənənə halına çevrilib: "Düşünürəm ki, bu Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün çox mühüm bir müstəvi idi. Əgər iştirakçıların sayına və tərkibinə baxsaq görərirk ki, 50-dən çox dövlətin təmsilçiləri, 260-dan artıq nümayəndə dünyada gedən iqtisadi, siyasi, mədəni və sosial problemlərin çözülməsində birbaşa iştirakçı oldular. Bu isə dünyada baş verən hazırki xaos və qarışıq vəziyyətdə çox mühüm amil idi". Arzu Nağıyev V Qlobal Bakı Forumunun Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə bir daha çatdırılması baxımından da səmərəli hesab etdiyini vurğulayıb. Qeyd edib ki, V Qlobal Bakı Forumun iştirakçıları arasında təmsil olunan hazırki və sabiq. çox
sanballı siyasət adamları, prezidentlər və digər dövlət adamları Dağlıq Qarabağla bağlı həqiqiətləri Azərbaycan rəhbərliyindən, hökumət adamlarından eşidərək özləri üçün mühüm nəticələr çıxara bilirlər: "Çünki əgər beynəlxalq hüquq belə forumlarda əsas meyar kimi götürülürsə, Azərbaycanın haqq səsi bütün dünya ictimaiyyətinə çatdırıla bilir. Təbii ki, təmsil olunan hər bir dövlətin də öz erməni diasporu və lobbiçiləri var. Məhz buna görə də iştirakçıların bu həqiqətləri bilərək öz ölkələrinə qayıtması da vacib məsələdir". Arzu Nağıyevin sözlərinə görə, əgər əvvəllər bu kimi tədbirlər bir qayda olaraq Avropada keçirilirdisə, indi bu təşəbbüs artıq Bakıdadır: "Çox maraqlıdır ki, əvvəllər Avropanın bir sıra böyük dövlətlərində yerləşən şəhərlər belə tədbirlərə ev sahibliyi edirdi. Artıq Azərbaycanda, tək Bakı deyil, hətta regionlar da belə tədbirlərdə fəal iştirak edir. Bu çox təqdirəlayiq və xoşa gələn haldır. Eyni zamanda həm inanc baxımından, həm də qitələr baxımından Azərbaycan bu sahədə mühüm addımlar atıb. Avropa oyunlarına ev sahibliyi edən Azərbaycan, eyni zamanda İslam həmrəyliyi ilə bağlı tədbirə də ev sahibliyi edir". Ekspert onu da diqqətə çatdırıb ki, dövlət başçısının forumda söylədiyi fikirləri müəyyən mənada dünyaya ünvanlanan mesaj kimi də dəyərləndirmək olar: "Qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Azərbaycanın prioritet istiqaməti olan Dağlıq Qarabağ məsələsini detalları ilə dünyaya çatdırır və kimin kim olduğunu, Ermənistanın işğalçı siyasətini ifşa edir. Eyni zamanda beynəlxalq qurumların biganə qalmaması üçün arqumentləri və faktları sənədlərlə ortaya qoyur. Bundan başqa problemin həlli yollarını da göstərən cənab İlham Əliyev Azərbaycanın sülhsevər bir dövlət olduğunu da dünya ictimaiyyətinə çatdırır. Təbii ki, Azərbaycanın iqtisadi potenisalının, hərbi gücünün öz vətəndaşlarının rifahı naminə, dövlətin və ümumi regionun təhlükəsizliyi naminə yönəldiyini cənab Prezident daima bildirib".
S.İsmayılbəyli