İnsan hüquq və azadlıqlarından dəm vuran ölkələrin siması yırtılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarla insan hüquq və azadlıqlarına nə dərəcədə yüksək dəyər verdiyini bir daha ortaya qoyur, ölkədə bu sahədə məqsədyönlü addımlar atıldığını təsdiqləmiş olur. Bir neçə gün əvvəl, daha doğrusu Novruz bayramı ərəfəsində dövlət başçısı bunu bir daha sübuta yetirdi.

Azər Verdiyev: "Prezident İlham Əliyevin humanistliyi dünyada model kimi qəbul edilir"

"Ölkəmizdə insan hüquq və azadlıqları ən ali dəyər kimi qəbul edilir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müntəzəm olaraq imzaladığı fərman və sərəncamlarla insan hüquq və azadlıqlarına nə dərəcədə yüksək dəyər verdiyini bir daha ortaya qoyur, ölkədə bu sahədə məqsədyönlü addımlar atıldığını təsdiqləmiş olur. Bir neçə gün əvvəl, daha doğrusu Novruz bayramı ərəfəsində dövlət başçısı bunu bir daha sübuta yetirdi. Belə ki. məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha bir humanist addım ataraq növbəti əfv sərəncamı imzaladı. Dövlət başçısının imzaladığı sərəncam əsasında 423 nəfər əfv edildi. Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı təkcə azadlıqdan məhkum olunmuş şəxslər və onlarin ailə üzvləri tərəfindən deyil, eləcə də bütün cəmiyyət tərəfindən yüksək dəyərləndirildi. Azərbaycan Prezidentinin bu addımı birmənalı olaraq növbəti humanist addım kimi səciyyələndirildi. Elə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev də bu qənaətdədir. "OLAYLAR" -a verdiyi müsahibədə Azər Verdiyev dövlət başçısının sərəncamının əhəmiyyətindən danışıb.

-Azər müəllim, ötən gün prezident növbəti əfv sərəncamı imzaladı. Dövlət başçısının bu addımını necə dəyərləndirisiniz?

-Bilirsiniz ki, əfv sərəncamı neçə illərdir imzalanır. Hər sərəncamla yüzlərlə insan azadlığa çıxır, ailəsinə qovuşur. Belə bir humanist addımın bayramöncəsi atılması isə xüsusən ikiqat sevincə səbəb olur. Bu mənada hesab edirəm bu addım hər birimizin sevincinə sevinc qatmış oldu.

-Artıq bayramlar ərəfəsində belə bir addımın atılması adət halını alıb. Bu Azərbaycan rəhbərliyinin humanistliyinin göstəricisi, insan hüquq və azadlıqlarına verdiyi dəyər kimi xarakterizə edilə bilərmi?

-Heç kimə sirr deyil ki, Prezident İlham Əliyevin humanistliyi dünyada model kimi qəbul edilir. Tək bu sərəncam deyil, bütövlükdə ölkəmizdə insan hüquq və azadlıqları ən ali dəyər kimi qəbul edilir. Dövlətimiz beynəlxalq birlik qarşısında üzərinə götürdüyü öhdəlikləri ən yüksək səviyyədə icra etməkdə davam edir.

-Əfv edilənlər siyahısında siyasi məhbus kimi qələmə verilən bir neçə şəxsin də adı vardı. Bu bəlli beynəlxalq təşkilatların zaman-zaman ölkəmizə qarşı qərəzli yanaşma, Azərbaycanı insan hüquq və azadlıqlarına hörmət etməməkdə günahlandırmaq kimi mənfi tendensiyaların aradan qalxmasına rəvac verəcəkmİ?

-Mən hesab edirəm ki, Azərbaycanda kiminsə siyasi baxışlarına görə həbsə atılmasını iddia etmək cəfəngiyyatdır. Bu belə deyil. Kimsə siyasi fəaliyyət göstərirsə, eyni zamanda vergi maxinasiyaları edirsə, o zaman həbs olunmamalıdırmı? İnsanların peşə fəaliyyəti onların cinayətini ört basdır edə bilməz. Bu mümkün deyil. Bəli bəzi əldəqayırma təşkilatların iddia etdikləri adamların bir çoxu bu sərəncamla azad olundular. Hesab edirəm onlar da ölkə rəhbərliyinə bu humanistliyə görə təşəkkür edəcəklər.

-Bu həm də insan hüquq və azadlıqlarından danışan, ancaq ona heç bir hörmət bəsləməyən müəyyən dövlətlər və təşkilatlara bir örnək sayıla bilərmi?

-Dünyada artıq 10 ildən çoxdur ki, insan hüquq və azadlıqlarından dəm vuran ölkələrin siması yırtılıb. Çox uzağa getməyək. Bir neçə gün öncə Avropa demokratiyasının pik nöqtəsi olan Hollandiyada silahsız türklərə qarşı necə vəhşi üsullardan istifadə etdilər. Eləcə də yüzlərlə misal gətirmək olar. Bu mənada Avropada Prezident İlham Əliyevin onların sözdə dediklərini real həyatda tətbiq etdiyini görərək təəccüblənməkdə davam edirlər.

-Bu günlərdə Bakıda V Qlobal Forum keçirildi. Forumun əhəmiyyəti, Azərbaycan üçün gətirəcəyi dividentlər nədən ibarətdir?

-Hər ötən forum ölkəmiz üçün daha geniş imkanlar açır. Bundan öncə reallaşan IV Qlobal Forum çərçivəsində keçirilən tədbirlər, qəbul edilən qərarlar ölkəmiz üçün bir çox imkanlar açmış oldu. Burada tək siyasi və iqtisadi gücün qarşılıqlı mübadiləsindən söhbət getmir. V Qlobal Forum həm də ölkəmizin dünyada tanldılmasına xidmət edir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31