IV Şimal Regional Konfrans keçiriləcək

Martın 28 – də, saat 15:00-da Quba Regional Perinatal mərkəzində IV Şimal Regional Konfrans baş tutacaq. Səhiyyə Nazirliyindən “Olaylar” – a bildirilib ki, konfransda “Rh mənfi amili və hamiləlik”, “Yenidoğulmuşların hiper bilerubinemiyaları” , “Yenidoğulmuşların ilkin reanimasiyası.Praktik vərdişlər”inə dair məruzələr dinləniləcək.

Martın 28 - də, saat 15:00-da Quba Regional Perinatal mərkəzində IV Şimal Regional Konfrans baş tutacaq. Səhiyyə Nazirliyindən "Olaylar" - a bildirilib ki, konfransda "Rh mənfi amili və hamiləlik", "Yenidoğulmuşların hiper bilerubinemiyaları" , "Yenidoğulmuşların ilkin reanimasiyası.Praktik vərdişlər"inə dair məruzələr dinləniləcək. Tədbirdə Quba, Xaçmaz, Xudat, Siyəzən, Şabran və Qusar r-nın mama ginekoloqları və neonatoloqları iştirak edəcək. Səhiyyə Nazirliyinin Baş mama - ginekoloqu S. Məmmədova və Quba Perinatal mərkəzinin direktoru Ş. Həsənova məruzələri dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31