İlk kompleks  kitabxananın açılışı olacaq

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS–nin 1 saylı filialı M.Şəhriyar adına kitabxansı rekonstruksiyadan sonra qapılarını oxucuların üzünə açacaq.

Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS-nin 1 saylı filialı M.Şəhriyar adına kitabxansı rekonstruksiyadan sonra qapılarını oxucuların üzünə açacaq.

Baş İdarədən "Olaylar" - a bildirilib ki, kitab evi tərzində düzənlənən yeni nəsil kitabxananın əsas ideyası 5 minə yaxın yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi olacaq. Oxucuya sərbəst seçim imkanı verən məkan, həmçinin müasir kompüterlərlə, sürətli internet və wifi zona ilə təmin olunub və istifadəçinin hər sahədə daha geniş məlumat əldə etməsinə qulluq edəcək.

Kompleksə daxil olan Asudə Vaxt Mərkəzi isə ərazi sakinlərinə, uzağa getmədən, şahmat, xarici dil, rəqs və digər dərnəklərə üzv olmaq imkanı yaradacaq. Kompleksdə yerləşən müasir kafedə ətirli kofe və çay arxasında yeniyetmələr istirahət mədəniyyətini aşılamaq imkanıda əldə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31