Əksər sahələrdə pozitiv nəticələr əldə olunub

2015-ci ildən etibarən dünya bazarlarında neftin qiymətlərində baş verən kəskin azalma əksəriyyət dünya ölkələrinin iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Qlobal səviyyədə baş verən bu proseslər istər-istəməz Azərbaycana da təsirsiz ötüşmədi. Amma, digər ölkələrdən, əsas gəlirlərini neftə bağlayana dövlətlərdən fərqli olaraq Azərbaycan bu böhranı minimum səviyyədə özündə hiss etdi ki, bunu da şərtləndirən amillər vardı.

Fikrət Yusifov: "Hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır"

2015-ci ildən etibarən dünya bazarlarında neftin qiymətlərində baş verən kəskin azalma əksəriyyət dünya ölkələrinin iqtisadiyyatına öz mənfi təsirini göstərdi. Qlobal səviyyədə baş verən bu proseslər istər-istəməz Azərbaycana da təsirsiz ötüşmədi. Amma, digər ölkələrdən, əsas gəlirlərini neftə bağlayana dövlətlərdən fərqli olaraq Azərbaycan bu böhranı minimum səviyyədə özündə hiss etdi ki, bunu da şərtləndirən amillər vardı. İlk növbədə Azərbaycan hökuməti böhrana hazırlıqlı idi və əvvəlcədən, bir neçə illər öncədən postneft dövrünə hazırlaşırdı. Bu istiqamətdə ardıcıl tədbirlər keçirilir, islahatlar reallaşdırılırdı. İkincisi, Azərbaycan digər ölkələrdən fərqli olaraq səmərəli şəkildə antiböhran tədbirləri həyata keçirdi. Nəticədə qeyd etdiyimiz kimi neft böhranı ölkəmizə minimum səviyyədə təsir göstərdi. Elə bunu keçən ilin iqtisadi yekunları, statistik göstəricilər də təsdiqləyir. İstər 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin iclasında, istərsə də 2014-2018-ci illər Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramınən üçüncü ilinin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər bir daha təsdiq etdi ki, qlobal böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini davam etdirib. Bəs qarşıdakı aylar əzində Azərbaycanı iqtisadi sferada nələr gözləyir? Ümumiyyətlə, hazırkı situasiyada cari ildə iqtisadi dirçəlişdən danışa bilərikmi?

İqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, ötən ilin yanvar-fevral ayları ilə müqaisədə cari ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsulun 0,4 faiz artımı qeydə alınıb: "Bu artımı ümumi iqtisadi dirçəlişin başlanğıcı hesab etmək olarmı? İlk baxışda 0,4 faiz həddində artım elə də böyük bir irəliləyiş deyil, lakin məsələyə bir qədər dərindən yanaşdıqda, belə bir artımın həqiqətən də iqtisadi dirçəlişin başlanğıcı olduğunu görmək mümkündür. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə nəzər salaq. 2016-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul 2015-ci ilin yanvar-fevral ayları ilə müqaisədə 3,2 faiz azalmış, cari ilin iki ayı ərzində isə ÜMD 2016-cı ilin ilk iki ayı ilə müqaisədə 0,4 faiz artmışdı. Deməli cari ilin iki ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqaisədə iqtisadiyyatda nəinki 0,4 faiz artım baş verib, eyni zamanda ötən ilin əvvəlki iki ayında yaranmış 3,2 faiz geriləmə də aradan qaldırılıb. Beləliklə, biz 2017-ci ilin yanvar-fevral aylarında baş vermiş bu artımın cəmisi 0,4 faiz deyil, ümumilikdə 3,6 faiz (3,2 +0,4) olduğunu görürük. Yəni cari ilin iki ayında sadəcə 0,4 faiz artım əldə edilməyib. Eyni zamanda keçən iliin iki ayı ərzində iqtisadiyyatda yaranmış 3,2 faiz geriləmə də aradan qaldırılıb. Bu isə kifayət qədər yaxşı nəticədir və onu iqtisadiyyatda

müsbət dəyişikliklərin başlanğıcı kimi dəyərləndirmək lazımdır". Fikrət Yusifov qeyd edib ki, bu ilin yanvar-fevral aylarında demək olar ki, iqtisadiyyatın əksər sahələrində ötən ilin müvafiq dövrü ilə müqaisədə pozitiv nəticələr əldə olunub: "Bir daha rəqəmlərə nəzər salaq. Ötən ilin ilk iki ayı ilə müqaisədə, 2017-ci ilin yanvar-fevral aylarında qeyri-neft Ümumi Daxili Məhsulu 2,3 faiz artıb. Əgər nəzərə alsaq ki, 2016-cı ilin ilin yanvar-fevral aylarında 2015 ci ilin müvafiq dövrü ilə müqaisədə bu göstərici üzrə geriləmə 5,5 faiz olub, deməli qeyri-neft ÜDM-da cari ilin iki ayı ərzindəki artımı 2,3 faiz deyil, 7,8 faiz (2,3 + 5,5) səviyyəsində dəyərləndirilməlidir. Hesabat ilinin iki ayı ərzində qeyri-neft sənayesi 5,0 faiz, əsaslı kapital qoyluşu 5,7%, kənd təsərrüfatı məhsullarının istehsalı 3,2 faiz (o cümlədən bitkiçilik məhsullarının istehsalı 28,8 faiz), yükdaşımaların həcmi 4,4 faiz artmışdı. Ümumi xarici ticarət dövriyyəsində ötən ilin yanvar ayında qeydə alınmış geriləmə cari ilin yanvar ayında 2,6 faizə qədər azalmış, həmin dövrdə qeyri-neft sektorundan ixracın həcmi 49,5 faiz artmışdı. Bütövlükdə cari ilin ilk iki ayının nəticələri onu deməyə əsas verir ki, 2015-ci ilin sonlarından başlayaraq hökumətin start verdiyi iqtisadi islahatlar artıq öz nəticələrini verməyə başlayır"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31