İlyas Umaxanov Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev İlyas Umaxanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
27 Mart 2017 14:24 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev İlyas Umaxanovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İlyas Maqomed-Salamoviç Umaxanov "Dostluq" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, İ.Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavinidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31