“Veysəloğlu” şirkətlər qrupu Caspian Energy Forum Baku-2017-nin sponsoru oldu
"Veysəloğlu” şirkətlər qrupu 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) sponsoru oldu. Bu barədə məlumat “OLAYLAR” -a şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub.
27 Mart 2017 14:07 Sosial"Veysəloğlu" şirkətlər qrupu 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) sponsoru oldu. Bu barədə məlumat "OLAYLAR" -a şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. "Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı sərəncamlar ticarət əməliyyatları sahəsi ilə yanaşı, sənaye istehsalatında da qeyri-neft sektorunun inkişafına yol açır. Dünya üzrə 20-dən çox dövlətlə geniş əməkdaşlıq bazasına sahib olan bir şirkət kimi biz idxal-ixrac əməliyyatlarını genişləndirməyi planlaşdırırıq ki, bu da öz növbəsində ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək. Caspian European Club (Caspian Business Club) tərəfindən təşkil olunan Caspian Energy Forum-un sponsoru olmaqla biz "İnkişafın xammal mərhələsindən ixracyönümlü iqtisadiyyata keçid" sessiyasını dəstəklədik. Əminəm ki, qarşıdan gələn forum çərçivəsində biz həmçinin şirkətimizin gələcək uğurlu beynəlxalq inkişafı üçün lazımi əlaqələr quracağıq", - deyə "Veysəloğlu" şirkətlər qrupu prezidentinin maliyyə və strateji inkişaf işləri üzrə müşaviri İlqar Nuri bildirib. "Veysəloğlu" şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən aparıcı ticarət və distribütor şirkətlərindən biridir. Onun sponsor qismində Caspian Energy Forum-u dəstəkləməsi şirkətlərin öz aralarında ünsiyyət qura, coğrafi əməkdaşlığı genişləndirə, yeni əlaqələr yarada, innovasiya məhsullarını təqdim edə və bu gün üçün aktual olan məsələlərin həlli üçün dövlət orqanları ilə dialoqda fəal iştirak edə biləcəkləri informasiya meydanının mühümlüyünü bir daha sübut edir", - deyə Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. "Veysəloğlu" ticarət və distribütor şirkəti yüksək səviyyəli xidmət göstərən müasir ticarət holdinqidir. Şirkət dünya üzrə 20-dən çox ölkədə 116 fabrik ilə əməkdaşlıq edir. 2001-ci ildə "Ulduz" şokolad fabriki fəaliyyətə başlayıb ki, bu da Azərbaycanda qənnadı mallarının və qida məhsullarının istehsalı sahəsinin inkişafına güclü təkan verib.