Həyata keçirilən tədbirlər perspektivdə uğurlu nəticələr verəcək
“Dünyada böhran səbəbindən sosial-iqtisadi istiqamətlər ciddi problemlə üzləşib. Belə bir şəraitdə cənab Prezident olmaqla, Azərbaycan hökuməti çox ciddi islahatlar həyata keçirib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov səsləndirib.
27 Mart 2017 15:23 Sosial"Dünyada böhran səbəbindən sosial-iqtisadi istiqamətlər ciddi problemlə üzləşib. Belə bir şəraitdə cənab Prezident olmaqla, Azərbaycan hökuməti çox ciddi islahatlar həyata keçirib". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov səsləndirib. O, bildirib ki, sosial ödənişlər, insanların gündəlik həyatı ilə bağlı məsələlər yüksək səviyyədə həyata keçirilir: "İqtisadi sabitlik qorunub saxlanılıb, sahibkarlığın inkişafına təkan verilib. Təbii ki, dünyada gedən iqtisadi proseslər Azərbaycana müəyyən mənada təsir edir. Belə bir şəraitdə hökumət sistemli, koordinasiya olunmuş formada fəaliyyət göstərir. Son zamanlar müxtəlif istiqamətlərdə yeni iş yerlərinin açılması, iqtisadiyyatın genişləndirilməsi üçün infrastruktur layihələri həyata keçirilib. Bütövlükdə, həyata keçirilən tədbirlər perspektivdə uğurlu nəticələr verəcək"