Sığorta şirkətləri niyə sığorta ödənişini verməkdən imtina edirlər, ya da süründürürlər

Hazırda bəzi sığorta şirkətlərinin qeyri-qanuni fəaliyyəti nəticəsində əksər avtomobil sahibləri sığorta ödənişini ala bilmirlər. Bu barədə redaksiyamıza məlumat verən sürücülər qeyd edirlər ki, idarə etdikləri minik avtomobilləri icbari sığorta olunmasına baxmayaraq, baş verən yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin alınmasında müxtəlif qanunsuzluqla üzləşirlər.

Hazırda bəzi sığorta şirkətlərinin qeyri-qanuni fəaliyyəti nəticəsində əksər avtomobil sahibləri sığorta ödənişini ala bilmirlər. Bu barədə redaksiyamıza məlumat verən sürücülər qeyd edirlər ki, idarə etdikləri minik avtomobilləri icbari sığorta olunmasına baxmayaraq, baş verən yol-nəqliyyat hadisəsi zamanı sığorta ödənişinin alınmasında müxtəlif qanunsuzluqla üzləşirlər. Buna səbəb sığorta şirkətlərinin ən müxtəlif bəhanələrlə sığorta ödənişinin verilməsindən yayınmalarıdır. Hətta avtomobillərin kasko sığortası zamanı belə hallar yaşanır. Məsələ orasındadır ki, yol-nəqliyyat hadisəsi zamanı sığorta şirkətinin əməkdaşı bütün vasitələrlə çalışır ki, avtoqəzanın sığorta hadisəsi omadığı təsdiqlənsin. Bu işdə polis əməkdaşları da onlara dolayı yolla yardımçı olurlar. Belə ki, sığorta ödənişinin alınması üçün polisin verməli olduğu arayışı əldə etməkdən ötrü xeyli vaxt itirmək lazım gəlir. Belə vəziyət bəzi hallarda sürücülərin sığorta ödənişini almaqdan imtina etməsinə səbəb olur. Xatırladaq ki, "İcbari Sığortalar haqqında" qanunun 6-cı maddəsinə əsasən  əgər tərəflər arasında, yəni sığorta şirkəti ilə  avtomobil sahibi arasında müqavilə qüvvəyə minibsə, bu zaman sığorta ödənişi mütləq verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31