Azərbaycanda polis şöbəsində ÖLÜM - DİN açıqlama verdi

Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb. Rayon sakini,1977-ci il təvəllüdlü Rəşad Qarayevşöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.

Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb. Rayon sakini,1977-ci il təvəllüdlü Rəşad Qarayevşöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb. Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, R.Qarayev ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır. Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib. Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31