"Məni boşayıb ikinci dəfə evlənə bilər" - Demet
Müğənni Demet Akalın Tekirdağda konsert verib. Səhnəyə çıxmadan jurnalistlərin suallarını cavablandıran ifaçı yorulduğunu deyib: "Özümü 100 yaşımda hiss edirəm. Yol gəlmişəm, avtomobil tutub məni. Kefim yoxdur".
27 Mart 2017 19:09 DünyaMüğənni Demet Akalın Tekirdağda konsert verib. Səhnəyə çıxmadan jurnalistlərin suallarını cavablandıran ifaçı yorulduğunu deyib: "Özümü 100 yaşımda hiss edirəm. Yol gəlmişəm, avtomobil tutub məni. Kefim yoxdur".
O, yeni ana olan həmkarı və rəfiqəsi Gülşənin ondan məsləhət alması barədə suallara belə cavab verib: "Vallah, heç zəng vurmadı. Elə bil 10 dəfə ana olub. Baxıcısı da yoxdur. "İşi falan tərk edəcəyəm" deyirdi. Çətinlik çəkmir. Altı ay sonra görərəm onu". Demet özünün ikinci dəfə ana olacağı barədə sualları da cavablandırıb.
"Əsla. Okan bəy ( həyat yoldaşı -red.) arzu edirsə, məni boşayıb başqası ilə evlənsin". Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir.