Telekanalın yalanı üzə çıxdı - Hər kəsi aldadırmışlar
Yayımına xitam verilən "Cənnət" adlı veriliş üçün Şotlandiya dağlarında düz 12 ay keçiriblər. NTV-nin xəbərinə görə, İngiltərə istehsalı olan - Kanal Four-nun "Cənnət" adlı proqramı üçün Şotlandiya dağlarında 1 il keçirən 23 qadın və kişi iştirakçı evlərinə döndüklərində yarışın yalnız 4 bölümünün yayımlandığını öyrəndikdə şok olublar. Yaşamaq mübarizəsi aparan iştirakçılar arasında həkim, aşbaz, dülgər, balıqçı kimi fərqli peşə nümayəndələri olub.
28 Mart 2017 11:27 DünyaYayımına xitam verilən "Cənnət" adlı veriliş üçün Şotlandiya dağlarında düz 12 ay keçiriblər. NTV-nin xəbərinə görə, İngiltərə istehsalı olan - Kanal Four-nun "Cənnət" adlı proqramı üçün Şotlandiya dağlarında 1 il keçirən 23 qadın və kişi iştirakçı evlərinə döndüklərində yarışın yalnız 4 bölümünün yayımlandığını öyrəndikdə şok olublar. Yaşamaq mübarizəsi aparan iştirakçılar arasında həkim, aşbaz, dülgər, balıqçı kimi fərqli peşə nümayəndələri olub.
İştirakçılardan 13-ü aralarında yaşanan davalar səbəbiylə verilişə erkən vida edib. 4-cü hissənin ardından "Cənnət"in yayımı dayandırılıb. Ancaq qalan iştirakçılar 12 ay çəkilişlərə davam ediblər.