Cəmilə  Kərimova tamaşaçıları heyran etdi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın "Jizel" baletinin tamaşası nümayiş olunub. Tamaşada əsas partiyanı - Jizeli ilk dəfə olaraq truppanın gənc solisti, balet artistlərinin Q.Almaszadə adına Birinci beynəlxalq müsabiqəsinin Qran-pri mükafatçısı Cəmilə Kərimova ifa edib. Teatrdan "Olaylar" - a bildirilib ki, anşlaqla baş tutan tamaşada baletsevərlər bütün truppanın, xüsusən də Cəmilənin çıxışını böyük coşqu ilə qarşılayıblarş

Tamaşadan sonra balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova Cəmilənin çıxışını xüsusi qiymətləndirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31