İçərisində qadın cəsədi olan çamadan tapılıb - Turist imiş
İtaliyanın Rimin limanında içərisində qadın cəsədi olan çamadan tapılıb. İlkin ehtimallara görə, cəsəd fevral ayında itkin düşən Dublinli turistə məxsusdur.
28 Mart 2017 12:01 Dünyaİtaliyanın Rimin limanında içərisində qadın cəsədi olan çamadan tapılıb. İlkin ehtimallara görə, cəsəd fevral ayında itkin düşən Dublinli turistə məxsusdur. Polislər fevral ayında Geniyadan Romaya sərnişin daşıyan gəmidə səyahət zamanı itkin düşmüş turistin meyitini aşkarlayıb. Qadını sonuncu dəfə Geniyada teploxoda minərkən görüblər. Sonradan turist qadın gözlənilmədən yox olub. Polislər qadının həyat yoldaşını Romadan Dublinə getmək istəyərkən saxlayıblar. İfadəsində həyat yoldaşının mübahisə zəminində gəmidən düşdüyünü bildirsə də, polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayıb. Kişi cəsədin onun həyat yoldaşına aid olduğunu inkar edib: "O daha alçaq boylu xanım idi". Polislər hadisə ilə bağlı istintaq başladıb. Ailənin İtaliyada yaşayan 2 azyaşlı övladı var. Publika.az