Özbəkistanla əməkdaşlıq protokolu imzalanıb
“Azərbaycan Dəmir Yolları” QSC-də Özbəkistan Respublikası Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüş zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.
28 Mart 2017 11:37 Sosial"Azərbaycan Dəmir Yolları" QSC-də Özbəkistan Respublikası Ali Məclis Senatı sədrinin birinci müavini Sodik Safoyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C. Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının Gürcüstan hissəsində işlər tamamlanmaq üzrədir. Bu məqsədlə artıq bəzi sınaqların keçirilməsinə başlanıb. Bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə kimi dizel ilə işləyən lokomotivlərin bir neçə dəfə sınağı keçirilib. Bütün yol boyunca lokomotivlər maneəsiz hərəkət edirlər. Bu il bağlantının istismara verilməsi nəzərdə tutulur.
Sonra "Azərbaycan Dəmir Yolları" QSC ilə "Özbəkistan Dəmir Yolları" SC arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Özbəkistan Respublikası Ali Məclisin Senatı sədrinin birinci müavini Sodik Safoyev çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşün sonunda qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı protokol imzalanıb.