Qadınların şəxsi inkişafı üzrə təlimlər keçirilir
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlərin keçirilməsini planlaşdırır.
28 Mart 2017 11:38 Sosialİslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlərin keçirilməsini planlaşdırır. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirlər çərçivəsində Azərbaycanda da bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilib. Həmin təlimlərin müvafiq dövlət qurumları ilə əməkdaşlıq şəraitində həyata keçirilməsi nəzərdə tutulur. Təlimlərin ilk mərhələsi çərçivəsində Bakıda İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Mənim sevimli dayəm" adlı tədris layihəsi həyata keçirilib.