Əmisi oğlu məhkuma tiryək ötürmək istədi
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə aparılır. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş idarənin və tabe qurumların birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin nəticəsində Novruz Bayramı günlərində 6 mobil telefon, habelə narkotik maddə və uyuşdurucu dərman preparatlarının müəssisələrə keçirilməsinin qarşısı alınmışdır.
28 Mart 2017 12:45 SosialƏdliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə aparılır. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş idarənin və tabe qurumların birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirlərinin nəticəsində Novruz Bayramı günlərində 6 mobil telefon, habelə narkotik maddə və uyuşdurucu dərman preparatlarının müəssisələrə keçirilməsinin qarşısı alınmışdır.
Belə ki, Cinayət Məcəlləsinin 179.3.2 və 62-ci maddələrinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş və 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Axundov Nahid Zahid oğlu ilə qısamüddətli görüşə gəlmiş əmisi oğlu Lənkəran şəhər sakini Axundov Fuad Mahmud oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən çəkisi 0.12 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülmüşdür. Həmin müəssisədə saxlanılan, Cinayət Məcəlləsinin 182.2.3 və 67-ci maddələrinə əsasən 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mirverdiyev Nəsib İltifat oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Lənkəran şəhər sakini Mirverdiyev Mirxəlil İltifat oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Faktlar üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara göndərilmişdir.