Gündəm
Amerika və Rusiya Suriyada qarşı-qarşıya
Suriyada vəziyyət yenidən öz gərginliyi ilə diqqət çəkməkdədir. Keçən ilin sonlarında Suriyadakı qarşı duran tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasından sonra ilk dəfədir ki, bu ölkədə kütləvi qətliam həyata keçirilir.
Plastik qapı-pəncərə seçərkən nələrə diqqət edilməlidir?
Plastik qapı-pəncərə gözəl dizayn, uzunömürlülük, istifadə rahatlığı və səskeçirməməzlik kimi üstün xüsusiyyətlərə malikdirlər. Bu məmulatlar həmçinin istiliyin evdə saxlanması, mənzilə işığın düşməsi, kip bağlanması kimi üstünlüklərə malikdir. Elə bu səbədən də hazırda inşaa edilən yeni tikililərdə bu materialdan istifadəyə üstünlük verilir. Lakin bütün istehsalçılar bu göstəricilərə əməl etmir və istehlakçılar bu məmulatları seçərkən çətinliklərlə üzləşirlər. Bir çox hallarda sifariş verilən plastik qapı-pəncərələr keyfiyyətsiz çıxır.
Ticarət festivalında turistlərin qazancı nə olacaq?
Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı ilinin sentyabr ayının 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam bu sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır.
Torpağın keyfiyyət göstəricisi əvvəlcədən müəyyən ediləcək
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi respublika ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması, torpaq analizlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində bir sıra innovativ tədbirlər həyata keçirir. Bu tədbirlərin davamı olaraq komitə, daha bir yeniliyə imza atıb.
İş adamına silahlı hücum
Türkiyəli məşhur iş adamı İhsan Gülay aprelin 6 – da, gecə saatlarında silahlı hücuma məruz qalıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, “Gülaylar” şirkətlər qrupunun vitse – prezidenti İhsan Gülay Umraniyədə yerləşən, özünə məxsus ticarət mərkəzindən çıxarkən kimliyi məlum olmayan şəxs iş adamının sol ayağından atəş açıb. Gülay dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Ümumdünya Sağlamlıq Günü
1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.
Radikalların növbəti gərginlik yaratmaq cəhdi
Radikal müxalifət yenə ölkədə sabitliyi pozmaq, gərginlik yaratmaq cəhdlərinə əl atıb. Məlum olduğu kimi bu məqsədlə aprelin 8-nə etiraz aksiyası da təyin ediblər. Sosial şəbəkələrdə bu aksiyaya “ciddi” hazırlaşan radikallar iddia edirlər ki, 8 aprel mitinqi öz kütləviliyi ilə seçiləcək və daha çox insan bu aksiyaya qoşulacaq. Amma cəmiyyətin kütləvi aksiyalara olan münasibəti, mitinq təşkilatçılarının sosial bazası, eləcə də digər amillərə nəzər yetirdikdə bunun tamamilə əksi ortaya çıxır. Belə ki, Azərbaycan xalqı hazırkı situasiyada kütləvi aksiyalara heç bir sosial sifarişin olmadığını bildirməklə yanaşı, həmçinin ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa hesablanmış aksiyalara da qoşulmaq barədə düşünmür. Elə ekseprtlər də bu qənaətdədirlər. Politoloq Cəbrayıl Fərzəliyevlə də söhbətimizdə Milli Şura adlanan qurumun 8 aprel aksiyası və ona olan münasibət barədə söhbətləşdik.
Bəşər Əsəd və Sərkisyanın oxşar cəhətləri
Suriyada yenə insanlıq dramı yaşanır. Daha doğrusu Suriya hadisələri başlayandan yaşanan bu dram hər ötən gün daha drammatikləşir, özünün ağır, sarsıdıcı mərhələsinə qədəm qoyur. Bu günlərdə Əsəd rejiminin dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi ilə diqqətlər yenidən Dəməşqə yönəldi. Artıq bu səhərdən etibarən Pentaqon da hərəkətə keçərək Əsəd rejiminə qarşı raket zərbələri endirib və Suriyada kimyəvi silahların saxlanıldığı hərbi bazanın raket zərbələrinə məruz qaldığı barədə xəbərlər yayılır. Düzdür, dünyanın hansı bir yerindən asılı olmayaraq dinc insanların hədəf seçilməsi, öldürülməsi azərbaycanlı olaraq bizləri də narahat edir və bu kimi olayları üzücü qəbul edirik.
Züleyxa Nadir yazır... Molla kəbini ailə düyünlərini aça bilmir
Ailədə dünyaya gələn uşaqların cəmiyyətdə yer tutması, geniş fəaliyyət göstərməsi valideynləri və övladları bir-birinə bağlayan rəsmiyyətdən çox asılıdır. Bu rəsmiyyət həm də ailə institutunun formalaşması və daha yüksək keyfiyyətlərə malik olması deməkdi. Bu gün ailə institutunun fəaliyyət göstərməsi üçün nikah qanunvericiliyi əsas götürülür. Ona görə də ərlə-arvadın imza atdığı nikah şəhadətnaməsi böyük gücə, geniş təsirə malikdir. Bu, Azərbycan Respublikası Ailə Məcəlləsinin I fəslinin 1.2 maddəsində belə təsbit edilib: “Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir”. Bu o deməkdir ki, nikaha xitam verilsə də dövlət öz vətəndaşının evliliklə bağlı imtiyazlarından sərbəst istifadə etməsinə şərait yaradır.
Yağış yağacaq
Bakı və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Türkiyə polisi azərbaycanlı fahişəni şkafdan tapdı
Türkiyənin Aksaray bölgəsində fahişəlik və fahişəliyə vasitəçilik etməkdə ittiham olunan 5 nəfər saxlanılıb. Bununla bağlı Asayiş Şöbə Müdirliyi əməliyyat keçirib. Həmin ünvana gedən əməliyyatçılar pul qarşılığında fahişəlik etdikləri və fahişəliyə vasitəçilik etdikləri məlum olan 3 nəfərlə şkafda saxlanılan Azərbaycan əsilli qadın tutulub.
Separatçı general: "Aprel hadisələrindəki itkilərimiz bütün ermənilərə mesaj oldu"
Ötən ilin aprel ayındakı dördgünlük müharibə zamanı insan və ərazi itkilərimiz olub. Bu etirafı erməni mətbuatına müsahibəsində Qarabağ separatçılarından biri, tanınmamış "DQR" "parlamentinin" üzvü, general Vitali Balasanyan deyib.
Suriyada kimyəvi silah qurbanlarının sayı 84-ə çatıb: 545 yaralı
Suriyanın İdlib vilayətinin Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadə edilməsi nəticəsində ölənlərin sayı 84 nəfər çatıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç deyib.
QHT Şurası Rusiyanın İctimai Palatasına müraciət edəcək
Rusiya Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı Ali Məhkəməyə müraciəti ilə bağlı Rusiya Prezidenti yanında İctimai Palataya müraciət olunacaq.
Deputat: “ Əminəm ki, burada da erməni izi var və məsələ heç də texniki səhvlədə deyil”
Milli Məclisin bugünkü iclasında deputat Elmira Axundova Rusiya Azərbaycan Konqresinin ləğvu ilə bağlı Rusiya Ədliyyə Nazirliyinin bu ölkənin Ali Məhkəməsinə müraciətini pisləyib. Deputat bildirib ki, Rusiyada yüzlərlə erməni QHT-si fəaliyyət göstərdiyi halda, Azərbaycanla bağlı diaspor təşkilatını ləğv etmək istəmələri anlaşılan deyil:“Bu yaxınlarda Arxangelskdə “Bolşaya Armeniya” təşkilatı peyda olub.














