Gündəm
Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərli etdiyi nümayəndə heyəti iştirak edib.
Milli Məclis bir neçə sazişi ratifikasiya etdi
Milli Məclisin iclasında bir sıra dövlətlərlə imzalanan sənədlər ratifikasiya edilib. “Olaylar”ın məlumatına görə, bunlar "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin" Birgə Bəyanatı, 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə"nin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi, "Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin" Birgə Bəyanatı və "Azərbaycan Respublikasının Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" Sazişdir. Sənədlərin hər biri səsə qoyularaq qəbul olunub.
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Azərbaycan Prokurorluğu beynəlxalq və regional təşkilatlarla, həmçinin digər ölkələrin prokurorluq və anti-korrupsiya qurumları ilə səmərəli əməkdaşlığı davam etdirir. Həmin qurumlar arasında Beynəlxalq Prokurorlar Assosiasiyası xüsusi yer tutur.
Dini Komitə Şəkidə tədbir keçirib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi və Şəki Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin Azərbaycanda və dünyada inkişafının əhəmiyyəti” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, Şəki Dövlət Regional Kollecinin müdiri Sərdar Şərifov, kollecin müəllim və tələbələri iştirak ediblər.
Müəllimlər üçün sosial media seminarı keçirilib
Paytaxtda Müəllimlər üçün II Sosial Media Seminarı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, seminarda Səbail və Pirallahı rayonlarındakı ümumi təhsil müəssisələrinin internet resurslarına məsul əməkdaşları iştirak edib.
Suriyanın Xan-Şeyhun şəhərinə daha bir raket zərbəsi
Suriyanın aprelin 4-də kimyəvi silah hücumuna məruz qalmış İdlib vilayətinin Xan-Şeyhun şəhəri bu gün raket zərbələrinə tuş gəlib.
Varvik Universitetinin nümayəndəsi ADU-da olub
Aprelin 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Varvik Universitetinin Böyük Britaniya və Avropa üzrə tələbə qəbulu Mərkəzinin nümayəndəsi Lana Şanqneylə görüşüb.
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Nazir Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mühüm fəaliyyətini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini vurğulayıb.
Aİ-nin Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş Konfrans keçirilib
Aprelin 7-də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Avropa Ittifaqının Tvinninq alətinin Azərbaycanda tətbiqinin on illiyinə həsr olunmuş Konfrans keçirilib.
Musiqili Teatrda yeni tamaşa – “Hacı Qara”
Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşa hazırlanır. Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli məşhur komediya və klassik əsəriəsasında hazırlanacaq tamaşa bir sıra yeniliklərlə zəngin olacaq. “Azərbaycan xalqının böyük mütəfəkkirlərindən olan Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasına müraciət etməyimizin bir neçə səbəbi var. Onlardan biri də bu il 30 iyun tarixində dahi yazıçı-dramaturqumuzun anadan olmasının 205 ilinin tamam olmasıdır. Meydan üslubunda hazırlanan “Hacı Qara” bir çox yeniliklərlə zəngindir”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib.
Çaylarda mövcud vəziyyət
Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-130, Kiçik Qafqazın çaylarında 80-130, Lənkəran-Astara bölgəsi çaylarındaisə 30-60 faizini təşkil edir.
“Leyli obrazını oynamaq qəzəl əzbərləyib oxumaqla bitən iş deyil”
İlk dəfə bu səsi “Xalq ulduzu” müsabiqəsində dinləmişik. Daha sonra bu səs Muğam müsabiqəsində hər kəsin, hətta sənətkarların da könlünü yenidən fəth etdi.Ümidləri doğrultdu...
Deputat mətbuatı qınadı: Milli Mənəvi dəyərlərə zidd məlumatlar yayırlar
“Son günlər kim kimi qaçırdı, kim kimləsə evlənib kimi məsələlər Azərbaycan mediasında geniş yer alır. Bunlar milli-mənəvi dəyərlərə zidd hərəkətlərdir”.
Ağdaban soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir
Vitse-spiker deputatla razılaşmadı: Çıxışlarınızda yenilik olsaydı, yaxşı olardı
Millət vəkili Zahid Oruc parlamentdə çıxışında Miqrasiya Məcəlləsinə bəzi dəyişikliklərin edilməsini təklif edib. “Olaylar” xəbər verir ki, Z. Oruc çıxışında vurğulayıb ki, Türkiyədə Azərbaycan qadınları ailı qurduqdan sonra Azərbaycan vətəndaşlığından məhrum edilirlər.














